Azyaşlı tamaşaçılar Milli Dram Teatrında

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirib. Olaylar.az bildirir ki, ötən ilin bayram tamaşaları gündə dörd seans olmaqla təqdim olunub.

Quruluşçu rejissoru Anar Sadıqov olan "Nindza Tısbağalar və kapitan Cekin macəraları" tamaşasının rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Tamaşada aktyorlar Mətləb Abdullayev , İlahə Həsənova, Rada Nəsibova, Nigar Güləhmədova, Elnur Qədirov və Elçin Hacıyev , Vüsal Mustafayev və İmran Qurbanov, Əlvida Cəfərov, Xədicə Novruzlu, Fəridə Şahbazova, Rüstəm Rüstəmov, Ziya Ağayev, Vüsal Məmmədov, Mehriban Xanlarova, Əminə Cəfərova və Ləman Fərmanlı iştirak ediblər.

Bayram şənliklərində iştirak edən teatrın azyaşlı tamaşaçıları səhnə əsərinə baxandan sonra onlara müxtəlif hədiyyələr də təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31