Mədəniyyət

Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq

9 Fevral 2019 16:37

Fevral ayının 18-də saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Teatr sənəti” fakültəsinin tələbələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu”əsərinin motivləri əsasında  (rus dilində) tamaşa nümayiş olunacaq.

“Oyuq”çular konsert proqramı ilə çıxış edəcəklər - “Sən bir nəğməsən”

8 Fevral 2019 17:10

Fevralın 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası Rəşid  Behbudov adına Dövlət Mahnı Teatrında “Sən bir nəğməsən” adlı konsert proqramı ilə çıxış edəcək. Olaylar.az bildirir ki, musiqili aksiyada  studiyanın istedadlı vokalçıları ilə yanaşı Azərbaycan estradasının məşhur müğənnilərini də görəcəksiniz. Artıq səhnədə öz sözünü demiş bu ifaçılar balaca davamçıları ilə bir səhnəni bölüşəcək və studiyanın əsas ideyasını – gələcək uşaqların çiyinlərindədir - öz dəstəkləri ilə reallaşdıracaqlar.

Tarix İnstitutunun ilk elektron oxu zalının açılışı olub

8 Fevral 2019 12:59

Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub. İnstitutdan Olaylar.az -a verilən məlumata görə, rəmzi açılışı bildirən lent kəsildikdən sonra Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə institutun Elmi Arxivi və Kitabxanası barədə ətraflı məlumat verib. Yaqub Mahmudov bildirib ki, elektron oxu zalı AMEA-da gedən islahatlar fonunda yaradılıb: “Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir”.

Rusiyalı pianoçular Simurq Uşaq Musiqi Festivalında

8 Fevral 2019 10:48

Beynəlxalq Muğam Mərkəzində “Simurq Uşaq Musiqi Festivalı” çərçivəsində istedadlı Rusiya pianoçularının iştirak ilə möhtəşəm konsert keçirilib. Olaylar.az bildirir ki, Mərkəzdə Rusiyanın əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonun tələbələri ilə birgə çıxış edib.

Bacılar məhsullarını ucuz qiymətə satışa çıxardılar

8 Fevral 2019 10:44

Azərbaycanın tanınmış əkizləri Sevil və Sevinc Səfərovanın ayaqqabı mağazası bağlanır. Olaylar.az bilıdirir ki, bu haqda məlumatı bacılar instaqram səhifələrində paylaşıblar.

Aybəniz Haşımova şəhid uşaqlara layihə həsr etdi: “Talandı torpağımız” – FOTOLAR

8 Fevral 2019 10:35

Əməkdar artist, tanınmış ifaçı Aybəniz Haşımova şəhid olan uşaqlara layihə həsr edib. Bu haqda Olaylar.az -a əməkdar artist Aybəniz Haşımova məlumat verib.  Aybəniz Haşımovanın bildirir ki, layihə “Talandı torpağımız” adlanır:

Tünzalə transparandan əl çəkmədi - Foto

8 Fevral 2019 10:29

Son günlər cəsarətli geyimləri ilə gündəmdən düşməyən əməkdar artist Tünzalə Ağayeva ənənəsinə sadiq qalıb.  Müğənni transparan geyimdə çəkilən şəklini sosial şəbəkədə paylaşıb. 

“Anna Karenina” Bakıda təqdim edildi

8 Fevral 2019 10:16

Bakıda ilk dəfə Lev Tolstoyun “Anna Karenina” romanı əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa təqdim olunub. Səhnə əsərinin nümayişi Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində reallaşıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan opera studiyasında izlənilən tamaşa mənfi fikirləri, stereotipləri, daxili münaqişəni və bu fani dünyada bir insanın öz xoşbəxtliyini tapmaq istəyini ehtiva edir.

Musiqili Teatrda həftəsonu

7 Fevral 2019 17:24

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, teatr fevral ayının 8-də “Qızıl toy” (O.Kazımi, R.Heydər), 9-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) və 10-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq. Musiqili Teatr balaca teatrsevərlərin görüşünə fevralın 9-da saat 12:00-da ana dilimizdə “Dəcəl çəp