“Oyuq”çular konsert proqramı ilə çıxış edəcəklər - “Sən bir nəğməsən”
Fevralın 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Sən bir nəğməsən” adlı konsert proqramı ilə çıxış edəcək. Olaylar.az bildirir ki, musiqili aksiyada studiyanın istedadlı vokalçıları ilə yanaşı Azərbaycan estradasının məşhur müğənnilərini də görəcəksiniz. Artıq səhnədə öz sözünü demiş bu ifaçılar balaca davamçıları ilə bir səhnəni bölüşəcək və studiyanın əsas ideyasını – gələcək uşaqların çiyinlərindədir - öz dəstəkləri ilə reallaşdıracaqlar.
8 Fevral 2019 17:10 MədəniyyətFevralın 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyası Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Sən bir nəğməsən" adlı konsert proqramı ilə çıxış edəcək. Olaylar.az bildirir ki, musiqili aksiyada studiyanın istedadlı vokalçıları ilə yanaşı Azərbaycan estradasının məşhur müğənnilərini də görəcəksiniz. Artıq səhnədə öz sözünü demiş bu ifaçılar balaca davamçıları ilə bir səhnəni bölüşəcək və studiyanın əsas ideyasını - gələcək uşaqların çiyinlərindədir - öz dəstəkləri ilə reallaşdıracaqlar.
Konsertdə 19 yaşlı istedadlı gənc Dinara Mahmudova da çıxış edəcək. Vətənində ilk dəfə səhnəyə çıxacaq bu istedadlı gəncimiz Rusiya və bir sıra Avropa ölkələrində keçirilən vokal müsabiqələrinin laureatı, Praqa Konservatoriyasının klassik vokal üzrə tələbəsidir.
Musiqi gecəsində çıxış edəcək studiya yetirmələri Azərbacan estrada musiqisi inciləri ilə yanaşı dünyaca məşhur hitlərə də müraciət edəcəklər.
Qeyd edək ki, xeyriyyə konsertində paytaxtımızda fəaliyyət göstərən uşaq sığınacaqları, azyaşlıların yardım və inteqrasiya mərkəzləri, təşkilat və cəmiyyətlərinin üzvü uşaqlar da iştirak edəcək.