Mədəniyyət
Azərbaycanlı müğənni üç kişi ilə yataqda... - Video
Ukrayna balet ulduzu Bakıda çıxış edəcək
Fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, tamaşada baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcəkdir. Q.Qolyakova bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır. Bir çox xarici ölkələrdə - Almaniya, Avstriya, İtaliya, İsveçrə, Belçika, Fransa, Hollandoya, İspaniya, ABŞ, Yaponiya, Avstraliya və s. qastrol səfərlərində olmuşdur. Səfərlərdə olduğu ölkələrin KİV və teatr tənqidçiləri onun çıxışlarını hər zaman yüksək qiymətləndirirlər.
“Bizimləsən”in Afəti, Nanənin "göz yaşları" və Rəhimin "rəhimsizliyi"...
Son günlər AzTV, İTV və “MTV Azərbaycan”da olan yeniliklər, yaxşılığa doğru dəyişikliklər bizi sevindirir. Bizi deyəndə, buraya bütün günü “Space TV”nin hind filmlərinə ilişib qalmayan, “Zita və Gita”nı əzbər bilməyən, proqramları öz intelektual səviyyəsinə görə dəyərləndirməyən tamaşaçıları nəzərdə tuturam. Dünya praktikasında televiziyalar insanlara sosial mesaj ötürmək, əyləndirmək və düzgün yönləndirmək funksiyaları daşıyır. Nə yazıq ki, bizdə bu, əksinədir.
"Elza xanım, bizi heyvana oxşatmayın" - Şou-biznesdə "donuz" qalmaqalı
“Hindistan Azərbaycan rəssamlarının gözü ilə” – Səfirlikdə sərgi
Fevralın 15-də Hindistanın Azərbaycandakı Səfirliyində “Hindistan Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi təşkil olunacaq. Olaylar.az bildirir ki, sərgi Hindistanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə həyata keçirilir. Sərgidə təsviri sənətin bütün növləri üzrə 100 rəssamın 100-dən çox işi ilə qatılıb. Tədbirdə müxtəlif yaş qruplarında rəssamlar iştirak edirlər. Sonda iştirakçılar diplom və təşəkkürnamələrlə təltif olunacaqlar.
“Miqrant” adlı foto və video müsabiqə
Əbülfət Əliyevin yaradıcılığı “Yaradanlar və yaşadanlar” layihəsində
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert muğam və opera müğənnisi, Xalq artisti Əbülfət Əliyevin yaradıcılığına həsr olunub. Olaylar.az bildirir ki, Əməkdar artist Rəşad İlyasovun aparıcısı olduğu proqramda Azərbaycan mədəniyyətində iz qoyan dəyərli sənətkarlar xatırlanır. “Yaradanlar və yaşadanlar” ın bu dəfəki buraxılışında Əməkdar artistlər – İlkin Əhmədov “Eşqimin növrağı”, Təyyar Bayramov “Ay gecikən məhəbbətim”, Ehtiram Hüseynov “ Tel nazik”, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin solistləri Pərviz Qasımov “Segah” təsnifi, Mirələm Mirələmov “Şüştər” təsnifi, Rövşən Əziz “Ay qaşı gözü qara qız”, xanəndə Sədəf Budaqova “Qadan mən alım” mahnılarını ifa etdilər.
“Hasarın o üzü” tamaşası təqdim ediləcək
Fevralın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Hasarın o üzü” tamaşası təqdim olunacaq. Olaylar.az bildirir ki, səhnə əsəri tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb.
Baş İdarənin kollektivi Qara Qarayevin ev muzeyində
Dahi Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi və tabe müəssisələr sənətkarın ev muzeyini ziyarət ediblər.
O da müğənniliyə başladı - Video
Türkiyəli məşhur aktrisa Gökçe Bahadır müğənniliyə başlayıb. O, Ajda Pekkanın “Sana doğru” adlı mahnısını yenidən ifa edib. Mahnının klipi “Youtube”da bir gecəyə 700 min dəfədən çox izlənilib.
Günay Rüfətlə yarıçılpaq fotolar çəkdirdi
Model Günay Musayeva modelyer Rüfət İsmayılla fotokamera qarşısına keçib. Günayın yarıçılpaq halda şəkillər çəkdirməsi müzakirələrə səbəb olub. Çəkilişdən fotolar türk mediasında yayımlanıb.
“Gözünə gün düşür” kitabı Azərbaycanın mövqeyini göstərir
Elçin Hüseynbəyli yeni kitabını təqdim etdi Fevralın 6-da Azərbaycan Yazıçılar Birliyinin Natavan zalında yazıçı- dramaturq Elçin Hüseynbəylinin "Gözümə gün düşür" kitabının təqdimat mərasimi keçirildi. Olaylar. az bildirir ki, kitaba"Qarabağ hekayələri" silsiləsindən müxtəlif janrlı əsərlər daxildir.
AzTV-də müğənnilərlə bağlı SƏRT QƏRAR - Bundan sonra...
Fevralın 6-da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.







.jpg)






