Ukrayna balet ulduzu Bakıda çıxış edəcək 

Fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, tamaşada baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcəkdir. Q.Qolyakova bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır. Bir çox xarici ölkələrdə - Almaniya, Avstriya, İtaliya, İsveçrə, Belçika, Fransa, Hollandoya, İspaniya, ABŞ, Yaponiya, Avstraliya və s. qastrol səfərlərində olmuşdur. Səfərlərdə olduğu ölkələrin KİV və teatr tənqidçiləri onun çıxışlarını hər zaman yüksək qiymətləndirirlər.

Fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın "Jizel" baletinin tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, tamaşada baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcəkdir. Q.Qolyakova bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır. Bir çox xarici ölkələrdə - Almaniya, Avstriya, İtaliya, İsveçrə, Belçika, Fransa, Hollandoya, İspaniya, ABŞ, Yaponiya, Avstraliya və s. qastrol səfərlərində olmuşdur. Səfərlərdə olduğu ölkələrin KİV və teatr tənqidçiləri onun çıxışlarını hər zaman yüksək qiymətləndirirlər.

T.Qolyakovanın tərəf-müqabili kimi tamaşada Qraf Albert partiyasını digər Ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski ifa edəcək.

Mirta rolunda isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının gənc solisti, balet artistlərinin Almaniyada keçirilən müsabiqəsinin bürünc mükafatçısı (2014) Ayan Eyvazova çıxış edəcəkdir.

Qeyd  edək ki, tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31