Mədəniyyət

Qafqaz Səyyar Fotoqrafiya Muzeyinin təqdim edildi

1 Fevral 2019 10:43

“YARAT” Müasir İncəsənət Mərkəzi və Qafqaz Səyyar Fotoqrafiya Muzeyinin birgə təşkilatçılığı ilə muzeyin təqdimatı və açıq mühazirə keçirilib. Təqdimat zamanı aparıcı müasir (regional və beynəlxalq səviyyədə tanınmış və yaradıcılığa yeni başlayan) fotoqrafların ən son əsərlərinin slayd-şousu nümayiş olunub.

Xalça Muzeyində “Müasir gəncliyin sənət dünyası”

1 Fevral 2019 10:36

Azərbaycan Xalça Muzeyində muzeyin yaranma tarixinə və fəaliyyətinin ictimaiyyətə təqdimatına, həmçinin Gənclər Gününə həsr edilmiş “Müasir gəncliyin sənət dünyası” adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Xalça Muzeyi və Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının birgə layihəsi əsasında təşkil olunub. Tədbirdə respublikanın müxtəlif təşkilatlarından dəvət olunmuş fəal gənclər və muzeyin əməkdaşları iştirak ediblər.

Elnarə Natavana söz atdı:  "3 gəlinlik geyinən..."

1 Fevral 2019 10:26

Müğənni Elnarə Xəlilovanın 101 FM-də yayımlanan "Konfet" verilişinin növbəti qonağı modelyer Elnarə Bəkirova olub.  Sənətçi proqram zamanı Natavan Həbibiyə söz atıb. O, modelyerə "Bəziləri toyunda üç gəlinlik geyinir. Buna necə baxırsınız" sualını ünvanlayıb. 

VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanıldı

1 Fevral 2019 10:25

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildən bir təşkil olunan VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb. Olaylar.az bildirir ki, müsabiqənin ilk dinləmələrinə Bərdədən başlanılıb. Altı rayon üzrə 63 yeniyetmə və gənc öz istedadını nümayiş etdirib. Onlardan 12 nəfəri seçim turuna vəsiqə qazanıb.

Makiyajsız görüntülənən aktrisa qaçdı - Foto

31 Yanvar 2019 22:56

Yeni ailə quran aktrisa Burcu Kıratlı və həyat yoldaşı Sinan Akçıl ötən gün kameraların hədəfinə tuş gəlib. Onlar alış-veriş mərkəzlərindən birində görüntülənib. 

Rusiyanın Xalq artisti Opera və Balet Teatrına dəvət edilib

31 Yanvar 2019 22:51

Rusiyanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Moskva Dövlət Konservatoriyası vokal kafedrasının professoru Larisa Rudakova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Bakıya dəvət olunmuşdur. Olaylar.az bildirir ki, fevralın 5-dən 15-dək olan müddətdə o Teatrın solistləri ilə ustad dərsləri keçirəcəkdir.

Berkay açıqlaması ilə gərginliyə son qoydu

31 Yanvar 2019 22:37

Müğənni Berkay ötən gün aylıq gəlirini açıqlayıb. İfaçının qazancını açıqlamasına səbəb vəkilinin onun haqda dediyi sözlər olub. Ardınca Berkay sosial media hesabında bunları yazıb:

İvana hicab bağladı - Foto

31 Yanvar 2019 22:10

Modelyer İvana Sert hicab bağlayıb. O, bunu gəlinlik markalarından birinin tanıtımı üçün edib. 

Muğam Mərkəzində "Dəyirmi masa"

31 Yanvar 2019 22:07

Beynəlxalq Muğam Mərkəzinin " Dəyirmi Masa " layihəsinin çərcivəsində “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” adlı elmi-seminar keçirilib . Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində (BMM) AMEA-nın Folklor İnstitutu ilə birgə “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda elmi-seminar keçirilib.  Tədbiri AMEA-nın Folklor İnstitunun “Musiqi folkloru” şöbəsinin  müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə  Rəhimbəyli açaraq Azərbaycan foklorunun ən qədim janrılarından olan bayatıların minillik tarixi- mədəni yaddaşı, xalqımızın milli-mənəvi dəyəri olduğunu bildirib. 

Nazir Tovuzda vətəndaşları qəbul edəcək

31 Yanvar 2019 13:32

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 8-də saat 11:00-da Tovuz şəhərində vətəndaşları qəbul edəcək. Olaylar.az bildirir ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda (Məşədi Əzizbəyov küçəsi, 1 ) Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Uşaqlar  Novruz bayramında Sarayda əylənəcək Sarayda əylənəcəklər

31 Yanvar 2019 13:28

Heydər Əliyev Sarayı Novruz bayramı günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqramla sevindirəcək. Olaylar.az bildirir ki, bu münasibətlə martın 24-də sarayın səhnəsində “Sehrli Novruz” adlı möhtəşəm bayram konserti keçiriləcək.

Amerikaya köçən Elariz fotolarını paylaşdı

31 Yanvar 2019 10:29

Müğənni Elariz Məmmədoğlunun Amerikaya köçməsi ilə bağlı mediada xəbər yayılmışdı.   "Greencart" qazanan sənətçi bir neçə müddətdir okeanın o tayına köçüb. 

Nazənin rəfiqəsini həm lağa qoydu, həm təriflədi - Fotolar

31 Yanvar 2019 10:19

Bir neçə gündür sosial mediada toy müğənnisi kimi tanınan Afət Fərmanqızının İmadəddin Nəsiminin qəzəlini “6/8” ritm üzərində ifa etməsi tənqid olunur. Afətin yaxın rəfiqələrindən biri isə müğənni Nazənindir.

Əbülfəs Qarayev italiyalı kinematoqrafçıları qəbul etdi 

31 Yanvar 2019 10:16

Mədəniyyət naziri Əbülfəs Qarayev İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sədri, italiyalı aktyor Rimo Gironenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən Olaylar.az-a  verilən məlumata görə, nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, ilk dəfə keçirilən bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini və bu kimi tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaratdığını vurğulayıb.

Xatundan Rəqsanəyə barışıq addımı - Video

31 Yanvar 2019 09:56

Ötən gün müğənni Xatun Əliyeva küsülü olduğu həmkarı, Rəqsanə İsmayılovaya barışıq addımı atıb. Məclislərin birində sənətçinin qızı Aysunla üz-üzə gələn Xatun, onunla görüşüb, daha sonra isə “Rəqsanəyə salam” ifadəsini işlədib.