“Qoyya” birpərdəli baleti təqdim edildi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında yeni səhnə əsərlərindən sayılan dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən “Qoyya” birpərdəli baleti növbəti dəfə teatrsevərlərə təqdim edilib. Olaylar.az bildirir ki, səhnə əsərində əsas rolları sənət ocağının aparıcı solistləri Cəmilə Kərimova, Timur Oduşev, Makar Ferştandt və Samirə Məmmədova ifa ediblər. Xronometrajı 40 dəqiqə olan opera Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub. Aktyorların məharətli çıxışı baleti daha baxımlı edib, səhnə əsərləri maraqla qarşılanıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında yeni səhnə əsərlərindən sayılan dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən "Qoyya" birpərdəli baleti növbəti dəfə teatrsevərlərə təqdim edilib.

Olaylar.az bildirir ki, səhnə əsərində əsas rolları sənət ocağının aparıcı solistləri Cəmilə Kərimova, Timur Oduşev, Makar Ferştandt və Samirə Məmmədova ifa ediblər. Xronometrajı 40 dəqiqə olan opera Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub. Aktyorların məharətli çıxışı baleti daha baxımlı edib, səhnə əsərləri maraqla qarşılanıb.

Baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq "Dance Opera" balet festivalın bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyevdir.

Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31