“Almaz” yenidən səhnədə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə nümayiş olunub. Olaylar.az bildirir ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.
5 Fevral 2019 11:28 MədəniyyətAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Cəfər Cabbarlının "Almaz" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə nümayiş olunub.
Olaylar.az bildirir ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.
Səhnə əsərinin müəllifi Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq Artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunda Əməkdar Artist Məsmə Aslanqızı çıxış edib.
Digər rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov , Kazım Abdullayev, Aslan Şirin , Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov, aktyorlar Rada Nəsibova , Mətləb Abdullayev, Vüsal Məmmədov və Ənvər Məmmədli canlandırıb.