ASAN Könüllülərin təqdimatında İmişlidə “Olmadı elə, oldu belə” tamaşası

 “Gəncliyin səsi” festivalı çərçivəsində ASAN Könüllülərin təqdimatında İmişlidə “Olmadı elə, oldu belə” tamaşası nümayiş etdirilib. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində tədbirlər davam edir.

"Gəncliyin səsi" festivalı çərçivəsində ASAN Könüllülərin təqdimatında İmişlidə "Olmadı elə, oldu belə" tamaşası nümayiş etdirilib. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Gəncliyin səsi" festivalı çərçivəsində tədbirlər davam edir.

Belə ki, Gənclər Günü münasibətilə təşkil olunan "Gəncliyin səsi" festivalı çərçivəsində İmişli "Asan həyat" kompleksində ASAN Könüllülərin təqdimatında Şıxəli Qurbanovun "Olmadı elə, oldu belə"  tamaşası nümayiş etdirilib.

Tamaşa iştirakçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31