Mədəniyyət

Məşhur müğənnilər Maştağa və Nardaran qəsəbələrində

5 Fevral 2019 11:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa və Nardaran qəsəbələrində 2 fevral- Gənclər gününə həsr olunmuş konsertlər keçirilib. Olaylar.az bildirir ki, aparıcı Humay Muxtarova konsert iştirakçılarını Gənclər günü münasibətilə təbrik edib, bildirib ki 1996-cı il 2 fevral tarixində gənclərin 1-ci forumu keçirilib, 1997-ci ildən isə Prezident Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunmağa başlanıb. Həmin tarixdən etibarən hər il ölkəmizdə bu bayram geniş qeyd olunur.

“O və yerdə qalanlar” – Zahir Məliklinin yeni kitabı

5 Fevral 2019 11:19

Rəssam, heykəltəraş, pedaqoq Zahir Məliklinin hekayə və publisistikası yeni kitabında toplanıb. Olaylar.az bildirir ki, “O və yerdə qalanlar” adlanan kitabda vətənpərvərlik, yurda və soykökünə bağlılıq aşılayan yazılar cəmlənib. Kitabdakı hadisələrin təbiiliyi, mövzu rəngarəngliyi, səmimiyyəti ilə oxucuların böyük marağına səbəb olmuşdur.

Məşhur aktrisa müəllimlik edəcək

5 Fevral 2019 10:46

Türkiyəli aktrisa Naz Elmas müəllimlik etməyə başlayıb. Bir neçə müddətdir ekranlardan uzaq qalan sənətçi özəl universitetlərin birində dərs deməyə başlayıb.

Ermənilərin qabağını ala bilmirik – Rektordan acı etiraf

5 Fevral 2019 10:30

Balabanın təbliğatı ilə Azərbaycan Milli Konservatoriyası məşğul olur və Konservatoriya yaranana qədər bu sahədə ali təhsil ümumiyyətlə olmayıb. Bu sözləri  Ermənistanda balaban istehsalı zavodunun fəaliyyəti və bu zavodun balabanı erməni milli musiqi aləti kimi dünyada satışını həyata keçirməsinə münasibət bildirən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib. O bildirib ki, ermənilər digər xalqların mədəniyyətini mənimsəyərək, öz mədəniyyətlərini guya yaradıb:

Əkbər Qoşalıdan yeni  kitab - “Ürək daşı”

5 Fevral 2019 10:19

Tanınmış şair-publisist Əkbər Qoşalının 12 illik fasilədən sonra yeni şeirlər kitabı çap olunub. “Ürək daşı” adlanan kitabın redaktoru, filologiya elmləri doktoru Almaz Ülvi, “Ön söz”ün müəllifi, şair İbrahim İlyaslı, rəssamı isə Atabəy Tikantəpəlidir.

Aysel İstanbulda evlilik təklifi alıb

5 Fevral 2019 10:15

Müğənni Aysel Əlizadə Türkiyədə evlilik təklifi alıb. Sənətçi bu haqda "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, hələ təklifi qəbul etməyi düşünmür:

“Kino klub”da növbəti görüş

4 Fevral 2019 16:01

“Kino klub” öz sevimli tamaşaçılarının dünya və milli kino inciləri ilə tanışlığını davam etdirir. Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə yaradılan klubda növbəti görüş keçirilib. Olaylar.az bildirir ki, gecənin moderatoru Almaz Sultanzadə tamaşaçılara Azərbaycan kinosuna aid qısametrajlı bədii filmlər barədə danışıb. Sonra o, 1967-ci ildə “Azərbaycanfilm” kinostudiyasında Salam Qədirzadənin hekayəsi əsasında rejissor Eldar Quliyevin diplom işi olan “Biri var idi, biri yox” və “4.1 Şəhər motivləri” almanaxına daxil olan rejissor Cəfər Axundzadənin “Dmitrov küçəsi, 86” qısametrajlı bədii filmləri barədə maraqlı məlumatlar verib.

“Traviata” Xalq artisti Cənnət Səlimovanın quruluşunda

4 Fevral 2019 13:55

Cüzeppe Verdinin “Traviata” üçpərdəli operası növbəti dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında izlənilib. Olaylar.az bildirir ki, üç saat nümayiş olunacaq səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda təqdim olunub.

Azərbaycan filmi beynəlxalq festivalda mükafatlara layiq görüldü

4 Fevral 2019 13:46

Azərbaycan istehsalı olan “Çölçü” filmi “L’Age d’Or International Arthouse” Film Festivalının bu ilin yanvar ayı üçün “Ən yaxşı bədii film” (“Çölçü”), “Ən yaxşı rejissor” (Şamil Əliyev), “Ən yaxşı aktrisa” (Salome Demuria), “Ən yaxşı ikinci plan aktyoru” (Vidadi Həsənov) mükafatlarına layiq görülüb.

“Leyli və Məcnun” poeması nəfis şəkildə çap edildi

4 Fevral 2019 13:42

“Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını nəfis şəkildə çap edib.  Olaylar.az bildirir ki, kitab AMEA-nın klassik irs seriyasından Nizami Gəncəvi yaradıcılığının nəşri layihəsi çərçivəsində hazırlanıb. Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

Musiqili Teatrda beş tamaşa izləniləcək

4 Fevral 2019 13:40

Azərbaycan Dövlət Musiqili Teatrı həftə ərzində baxımlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirəcək. Olaylar.az bildirir ki, bu həftə sənət ocağının yaradıcı kollektivi beş tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Teatrın səhnəsində fevralın 8-də “Qızıl toy”, 9-da isə “Dəcəl çəpişlər” və “Mən dəyərəm min cavana” tamaşaları nümayiş olunacaq.

Balaca tamaşaçılar üçün “Kəloğlan” və “Don Kixot Abşeronski” hazırlanır

4 Fevral 2019 13:35

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2019-cu il yaradıcılıq planı zəngindir. Olaylar.az bildirir ki, həmin plana müvafiq olaraq il ərzində dörd tamaşa hazırlanaraq balaca teatrsevərlərin ixtiyarına veriləcək. Fevralın 15 –də tamaşaçılar ilk olaraq çoxsaylı müraciətlər əsasında hazırlanan ”Maşa və Ayı” tamaşasını izləyəcəklər. Quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan bu tamaşa uşaqların sevimli cizgi filmi qəhrəmanları Maşa və Ayının sərgüzəştləri əsasındadır. Eyniadlı məşhur cizgi filminin motivləri əsasında səhnələşdirilən tamaşaya tam fərqli quruluş verilib. Tamaşada əsas rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova və başqaları ifa edirlər.

"Məhəllə 3" filminin təqdimat tarixi bəlli oldu - Bu dəfə onlarsız...

4 Fevral 2019 13:14

Quruluşçu rejissoru Ramiz Fətəliyev, ssenari müəllifi isə Tahir İmanova aid olan “Məhəllə” filminin 3-cü hissəsi təqdim olunacaq. Olaylar.az bildirir ki, filmin 3 mart tarixində Heydər Əliyev sarayında təqdimat mərasimi keçiriləcək.

Elçin Hüseynbəylinin Qarabağ mövzusunda yeni kitabının təqdimatı olacaq

4 Fevral 2019 12:16

Bu il fevralın 6-da, saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxanın) “Qarabağ hekayələri” silsiləsidən “Gözünə gün düşür” kitabının təqdimatı olacaq.