Balaca tamaşaçılar üçün “Kəloğlan” və “Don Kixot Abşeronski” hazırlanır
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2019-cu il yaradıcılıq planı zəngindir. Olaylar.az bildirir ki, həmin plana müvafiq olaraq il ərzində dörd tamaşa hazırlanaraq balaca teatrsevərlərin ixtiyarına veriləcək. Fevralın 15 –də tamaşaçılar ilk olaraq çoxsaylı müraciətlər əsasında hazırlanan ”Maşa və Ayı” tamaşasını izləyəcəklər. Quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan bu tamaşa uşaqların sevimli cizgi filmi qəhrəmanları Maşa və Ayının sərgüzəştləri əsasındadır. Eyniadlı məşhur cizgi filminin motivləri əsasında səhnələşdirilən tamaşaya tam fərqli quruluş verilib. Tamaşada əsas rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova və başqaları ifa edirlər.
4 Fevral 2019 13:35 MədəniyyətAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2019-cu il yaradıcılıq planı zəngindir. Olaylar.az bildirir ki, həmin plana müvafiq olaraq il ərzində dörd tamaşa hazırlanaraq balaca teatrsevərlərin ixtiyarına veriləcək. Fevralın 15 -də tamaşaçılar ilk olaraq çoxsaylı müraciətlər əsasında hazırlanan "Maşa və Ayı" tamaşasını izləyəcəklər. Quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan bu tamaşa uşaqların sevimli cizgi filmi qəhrəmanları Maşa və Ayının sərgüzəştləri əsasındadır. Eyniadlı məşhur cizgi filminin motivləri əsasında səhnələşdirilən tamaşaya tam fərqli quruluş verilib. Tamaşada əsas rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova və başqaları ifa edirlər.
Buna paralel olaraq ikinci tamaşanın da məşqlərini edən yaradıcı heyət uşaqları növbəti maraqlı səhnə işinə kökləyəcək. Bu, türk nağıllarından "Kəloğlan masalları" əsasında "Kəloğlan" adlı tamaşadır. Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Quruluşçu rəssamı Əfşan Əsədova olan musiqi tərtibatlı nümunə martın əvvəllərində tamaşaçıların ixtiyarına veriləcək.
Bundan başqa plana müvafiq olaraq dramaturq Rəhman Əlizadənin "Don Kixot Abşeronski" (Q. Məsimov) və türkiyəli yazıçı Hasan Erkəkin "Kitabi Dədə Qorqud" dastanı əsasında qələmə aldığı "Adını doğruldan oğlan" (A. Məmmədov) əsərləri səhnələşdiriləcək.
Qeyd edək ki, mərhum dramaturq Rəhman Əlizadənin "Don Kixot Abşeronski" pyesi əsasında hazırlanan eyni adlı tamaşa görkəmli aktyor, Respublikanın Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunub. Tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.