“Leyli və Məcnun” poeması nəfis şəkildə çap edildi

“Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını nəfis şəkildə çap edib.  Olaylar.az bildirir ki, kitab AMEA-nın klassik irs seriyasından Nizami Gəncəvi yaradıcılığının nəşri layihəsi çərçivəsində hazırlanıb. Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

"Şərq-Qərb" nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını nəfis şəkildə çap edib. 

Olaylar.az bildirir ki, kitab AMEA-nın klassik irs seriyasından Nizami Gəncəvi yaradıcılığının nəşri layihəsi çərçivəsində hazırlanıb. Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

Yeni nəşrə Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli "Ərəb paltarlı türkün talesizliyi" sərlövhəli "Ön söz" yazıb və şairin soy-kökü məsələsinə bir daha aydınlıq gətirib. Qum versiyasını və "rəiseyi-qord" birləşməsi kimi elmi əsası olmayan ehtimalları təkzib edən alim şairin Gəncədə doğulub böyüdüyünü və atasının türk olduğunu elmi-məntiqi dəlillərlə təsdiqləyib.

Xalq şairi Səməd Vurğun tərəfindən böyük sənətkarlıqla Azərbaycan dilinə çevrilən bu əsər Əməkdar rəssam Fəxrəddin Əlinin ustalıqla çəkdiyi rəsm nümunələri ilə oxuculara təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31