Mədəniyyət
"Elza xanım, bizi heyvana oxşatmayın" - Şou-biznesdə "donuz" qalmaqalı
“Hindistan Azərbaycan rəssamlarının gözü ilə” – Səfirlikdə sərgi
Fevralın 15-də Hindistanın Azərbaycandakı Səfirliyində “Hindistan Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi təşkil olunacaq. Olaylar.az bildirir ki, sərgi Hindistanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə həyata keçirilir. Sərgidə təsviri sənətin bütün növləri üzrə 100 rəssamın 100-dən çox işi ilə qatılıb. Tədbirdə müxtəlif yaş qruplarında rəssamlar iştirak edirlər. Sonda iştirakçılar diplom və təşəkkürnamələrlə təltif olunacaqlar.
“Miqrant” adlı foto və video müsabiqə
Əbülfət Əliyevin yaradıcılığı “Yaradanlar və yaşadanlar” layihəsində
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert muğam və opera müğənnisi, Xalq artisti Əbülfət Əliyevin yaradıcılığına həsr olunub. Olaylar.az bildirir ki, Əməkdar artist Rəşad İlyasovun aparıcısı olduğu proqramda Azərbaycan mədəniyyətində iz qoyan dəyərli sənətkarlar xatırlanır. “Yaradanlar və yaşadanlar” ın bu dəfəki buraxılışında Əməkdar artistlər – İlkin Əhmədov “Eşqimin növrağı”, Təyyar Bayramov “Ay gecikən məhəbbətim”, Ehtiram Hüseynov “ Tel nazik”, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin solistləri Pərviz Qasımov “Segah” təsnifi, Mirələm Mirələmov “Şüştər” təsnifi, Rövşən Əziz “Ay qaşı gözü qara qız”, xanəndə Sədəf Budaqova “Qadan mən alım” mahnılarını ifa etdilər.
“Hasarın o üzü” tamaşası təqdim ediləcək
Fevralın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Hasarın o üzü” tamaşası təqdim olunacaq. Olaylar.az bildirir ki, səhnə əsəri tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb.
Baş İdarənin kollektivi Qara Qarayevin ev muzeyində
Dahi Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi və tabe müəssisələr sənətkarın ev muzeyini ziyarət ediblər.
O da müğənniliyə başladı - Video
Türkiyəli məşhur aktrisa Gökçe Bahadır müğənniliyə başlayıb. O, Ajda Pekkanın “Sana doğru” adlı mahnısını yenidən ifa edib. Mahnının klipi “Youtube”da bir gecəyə 700 min dəfədən çox izlənilib.
Günay Rüfətlə yarıçılpaq fotolar çəkdirdi
Model Günay Musayeva modelyer Rüfət İsmayılla fotokamera qarşısına keçib. Günayın yarıçılpaq halda şəkillər çəkdirməsi müzakirələrə səbəb olub. Çəkilişdən fotolar türk mediasında yayımlanıb.
“Gözünə gün düşür” kitabı Azərbaycanın mövqeyini göstərir
Elçin Hüseynbəyli yeni kitabını təqdim etdi Fevralın 6-da Azərbaycan Yazıçılar Birliyinin Natavan zalında yazıçı- dramaturq Elçin Hüseynbəylinin "Gözümə gün düşür" kitabının təqdimat mərasimi keçirildi. Olaylar. az bildirir ki, kitaba"Qarabağ hekayələri" silsiləsindən müxtəlif janrlı əsərlər daxildir.
AzTV-də müğənnilərlə bağlı SƏRT QƏRAR - Bundan sonra...
Fevralın 6-da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.
Emin Ağalarova SUİ-QƏSD: Lifti partlatdılar...
Gənc ədəbiyyatşünas-alim Gülnar Səmanın “Sözümüz sözdür” adlı yeni kitabı işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafat”çısı, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, tanınmış gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın “Sözümüz sözdür”
Türk serialında Nəsiminin sözlərinə ifa edilən mahnı səslənib – VİDEO
Alim və tədqiqatçılar üçün MÜSABİQƏ
Olaylar.az bildirir ki, "İçərişəhər" Dövlət Tarixi - Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Abşeronun tarixi və mədəni irsində Qala kəndinin rolu" adlı müsabiqə elan edir.
Əməkdar artist Çinarə Əlizadə Polşa teatrında çıxış edib
Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) Aleksandr Dümanın “Kameliyalı qadın” adlı romanı və görkəmli polyak bəstəkarı F.Şopenin musiqisi əsasında hazırlanmış balet nümayiş edilib.



.jpg)










