Sarayda “Muğam dünyamız” olacaq
Martın 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə “Muğam dünyamız” adlı konsert proqramı təqdim olunacaq.
9 Fevral 2019 16:54 MədəniyyətMartın 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə "Muğam dünyamız" adlı konsert proqramı təqdim olunacaq.
Olaylar.az bildirir ki, gecədə muğam müsabiqələrinin qalibləri Ayşən Mehdiyeva, Sərxan Bünyadzadə, Könül Məmmədli, Ariz Hüseynov, Nisbət Sədrayeva, Babək Quliyev, Sədəf Budaqova, Elgiz Əliyev, Almaxanım Əhmədli, Məhəbbət Səfərov, Qızılgül Babayeva, Mustafa Mustafayev, Gülzar Fərəcova, Ağaşükür Nəsirov və başqaları iştirak edəcək.
Konsertdə xalq mahnıları, muğam və təsniflər səsləndiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31