61-ci “Grammy” mükafatı təqdim olunub
11 Fevral 2019 12:41 MədəniyyətABŞ-ın Los-Anceles şəhərindəki "Staples Center"də musiqi dünyasının ən nüfuzlu "Grammy" (Grammy Awards) mükafatının 61-ci təqdimetmə mərasimi keçirilib.
Olaylar.az bildirir ki, "İlin mahnısı" kateqoriyasında mükafatın sahibi amerikalı Childish Gambino olub. Ona bu uğuru "This is America" bəstəsi gətirib.
Mükafatı alanlar arasında aşağıdakılar da var:
"Ən yaxşı R&B albomu"- H.E.R. -H.E.R.
"Ən yaxşı R&B mahnısı" - "Boo'd Up" - Larrance Dopson, Joelle James, Ella Mai & Dijon McFarlane
"Ən yaxşı rep" - "God's Plan" (Drake)
"Ən yaxşı solo pop" - Ledi Qaqa - Joanna (Where Do You Think You're Goin'?)
"Ən yaxşı qrup pop"- Ledi Qaqa və Bradli Cuper - "Shallow"
"Ən yaxşı rəqs" - "Electricity" - Silk City & Dua Lipa feat. Diplo & Mark Ronson
"Ən yaxşı rok" - Khris Kornell "When Bad Does Good"
"Ən yaxşı rok albom" - Qreta Van Fleet - "From the Fires"
"Ən yaxşı caz vokal albom" - "The Window" - "Cécile McLorin Savant"
Qeyd edək ki, "Grammy" mükafatı ilk dəfə 1959-cu ildə əfsanəvi ifaçı Frenk Sinatranın aparıcılığı ilə təqdim edilib.