“Anna Karenina” Bakıda təqdim edildi

Bakıda ilk dəfə Lev Tolstoyun “Anna Karenina” romanı əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa təqdim olunub. Səhnə əsərinin nümayişi Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində reallaşıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan opera studiyasında izlənilən tamaşa mənfi fikirləri, stereotipləri, daxili münaqişəni və bu fani dünyada bir insanın öz xoşbəxtliyini tapmaq istəyini ehtiva edir.

Bakıda ilk dəfə Lev Tolstoyun "Anna Karenina" romanı əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa təqdim olunub. Səhnə əsərinin nümayişi Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində reallaşıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan opera studiyasında izlənilən tamaşa mənfi fikirləri, stereotipləri, daxili münaqişəni və bu fani dünyada bir insanın öz xoşbəxtliyini tapmaq istəyini ehtiva edir.

Anna və Vronskinin bədbəxt eşqi, digər ailələrin qarşılıqlı münasibətinin nəzdində inkişaf edir. Beləliklə, qarşıya insan ruhunun keçmiş bir il yarım ərzində baş verən dəyişikliklərə güc - bəla ilə necə tab gətirdiyinin şahidi olaraq, geniş bir mənzərə çıxır.

İştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31