Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq

Fevral ayının 18-də saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Teatr sənəti” fakültəsinin tələbələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu”əsərinin motivləri əsasında  (rus dilində) tamaşa nümayiş olunacaq.

Fevral ayının 18-də saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin "Teatr sənəti" fakültəsinin tələbələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu"əsərinin motivləri əsasında  (rus dilində) tamaşa nümayiş olunacaq.

Olaylar.az bldrir ki, Maqsud İbrahimbəyovun eyni adlı əsəri əsasında hazırlanan tamaşada Əməkdar artist Maqsud Məmmədov və dram rejissoru ixtisası üzrə rus bölməsinin tələbələri Mir Qabil Əkbərov, Yuri Omelçenko, Milanа Sokolenko, Zaur Terequlov, Elnur Rzayev və başqaları iştirak edəcəklər.

Layihənin rəhbəri professor Fəridə Səfiyeva, kurs rəhbərləri - Xalq artisti, professor Cənnət Səlimova və  Əməkdar artist Sona Mikayilovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31