Sergey Lazarev "Eurovision 2019"a gedir

Rusiya "Eurovision 2019" mahnı müsabiqəsində çıxış edəcək təmsilçisinin adını açıqlayıb. 
 

Mayda İsraildə keçiriləcək yarışmada məşhur müğənni Sergey Lazarev iştirak edəcək. Bir müddətdir adı hallansa da Sergey xəbəri ötən gün təsdiqləyib. 

O, qərarın "Россия-1" kanalı tərəfindən qəbul edildiyini vurğulayıb:

"İzləyicilərin səsverməsi nəticəsində qərar qəbul olunub. Hər kəsin dəstəyinə inanıram. Əgər ikinci dəfə gedirəmsə, hər kəs məndən qalibiyyət gözləyir. Bu da məni daha məsuliyyətli edir".

Lazarevin çıxışının prodüser Filipp Kirkorov olacaq. 

Qeyd edək ki, "Eurovision 2019" Tel-Əvivdə keçiriləcək.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31