Aybəniz Haşımova şəhid uşaqlara layihə həsr etdi: “Talandı torpağımız” – FOTOLAR
Əməkdar artist, tanınmış ifaçı Aybəniz Haşımova şəhid olan uşaqlara layihə həsr edib. Bu haqda Olaylar.az -a əməkdar artist Aybəniz Haşımova məlumat verib. Aybəniz Haşımovanın bildirir ki, layihə “Talandı torpağımız” adlanır:
8 Fevral 2019 10:35 MədəniyyətƏməkdar artist, tanınmış ifaçı Aybəniz Haşımova şəhid olan uşaqlara layihə həsr edib. Bu haqda Olaylar.az -a əməkdar artist Aybəniz Haşımova məlumat verib. Aybəniz Haşımovanın bildirir ki, layihə "Talandı torpağımız" adlanır:
"Qarabağda və ümumiyyətlə ermənilər tərəfindən öldürülən uşaqlarımıza bir layihə həsr etdim. Artıq layihə hazırdı və yaxın günlərdə təqdimatı olacaq. Layihə "Talandı torpağımız" adlanır. Bu mahnının sözləri dahi şairimiz Bəxtiyar Vahabzadəyə, musiqisi xalq artisti Niyaməddin Musayevə aiddir. Mahnının "Sənət Akademiyası"nın yetirməsi Milana Nəbiyeva ifa edəcək".
Aybəniz Haşımova qeyd edib ki, klipdə şəhid olan uşaqları Sənət Akademiyasının yetirmələri canlandırıb.
Klipin operatoru Nadir Mehdi, rejissor və ssenarı Aybəniz Haşımovaya aiddir.
Layihənin hazırlıq mərhələsindən fotoları təqdim edirik:
















