Mədəniyyət

Süleyman Ələsgərovun 95 illiyi Bəstəkarlar İttifaqında qeyd edildi

19 Fevral 2019 15:40

 Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərovun anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Olaylar.az bildirir ki, konfransı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq görkəmli bəstəkarın həyatı və zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, tanınmış və sevilən bəstəkar olan Süleyman Ələsgərov müasir dövrdə Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən sənətkar olub. Hər bir sahədə Üzeyirin gözəl irsini inkişaf etdirib, təşviq edib. Çalışıb ki, xalq mahnılarımız qorunsun, yeni nəsillərə ötürülsün.

Muğam Mərkəzində  Maqsud İbrahimbəyovun əsəri nümayiş olundu

19 Fevral 2019 14:40

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə “Kərgədan buynuzu” tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun  “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanan tamaşaya Dram rejissoru ixtisasının rus bölməsinin IV kurs tələbələri Fəridə Nesterenko, Bella Klimaşeva, Yuriy Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov quruluş veriblər. 

İlk dəfə - “Auksion Baku” müsabiqə keçirəcək

19 Fevral 2019 13:37

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Rəsm Qalereyası ilə “Auction Baku” MMC arasında bağlanmış birgə əməkdaşlıq haqqında memoranduma əsasən hər iki qurumun birgə təşkilatçılığı ilə respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurulmaq, art biznes sahəsində rəqabət qabiliyyətliyinin gücləndirilmək məqsədi ilə ilk dəfə olaraq incəsənət əsərlərinin, əntiq əşyaların ixtisaslaşdırılmış auksionunun təşkili nəzərdə tutulur.

Regionların mədəni ixtisaslaşması siyasəti davam edir

19 Fevral 2019 12:05

Mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsi ölkəmizdə reallaşdırılmaqda olan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəflərdən biridir və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müvafiq istiqamətdə mütəmadi islahatlar aparılmaqdadır.

“Cəzasız Cinayət” sənədli filmi təqdim edildi

19 Fevral 2019 11:51

Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin 05 fevral 2019- cu il “Xocalı soyqırımının” 27 – ci ilinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən Muzey Mərkəzinin konfrans zalında Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 22 fevral saat 12 00 - da “Cəzasız Cinayət” adlı sənədli filmin təqdimatı, həmçinin “Cəzasız Cinayət” adlı sərgi açılacaq. Olaylar.az bildirir ki, Bakı Dövlət Universitetinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin ssenari müəllifi, rejissoru və prodüseri olduğu “Cəzasız Cinayət” sənədli filmi 2018- ci ildə Ankarada Beynəlxalq Xocalı Simpoyzumunda nümayiş olunub. Tarixi – publisistik elmi kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı Soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi, psixoloji aspektləri təqdim olunur.

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert

19 Fevral 2019 11:25

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşıb. Olaylar.az bildirir ki, konsert proqramı Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tərəfindən müşayiət edilib. Konsert çərçivəsində gənc ifaçılar tərəfindən tanınmış gənc və klassik bəstəkarların əsərləri səsləndirilib.

Muzeyə dini ziyarət daşlar təqdim edildi

19 Fevral 2019 10:41

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya elmi-fond şöbəsinin müdiri, dosent Gülzadə Abdulova tərəfindən bu müəssisəyə dini ziyarət daşları təqdim olunub. Olaylar.az bildirir ki, alimin Quba rayonunun Xınalıq kəndinə etnoqrafik səfəri zamanı əldə etdiyi bu ziyarət daşları öz spesifik görünüşü ilə diqqəti cəlb edir. Onlardan biri qədim tarixi özündə əks etdirən məkanlarımızdan olan Xınalığın dəniz səviyyəsindən 5 min metr yüksəkliyində yerləşmiş Qızılqaya zirvəsinə aiddir.

ABŞ-ın ən böyük turizm sərgisində Azərbaycan stendi

19 Fevral 2019 10:31

ABŞ-ın Los Anceles şəhərində keçirilən “Los Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub. Qeyd edək ki, təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisidir.

“İçərişəhər” Qoruğu İdarəsinin səlahiyyəti artırıldı

19 Fevral 2019 10:25

Nazirlər Kabinetinin qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik edilib. Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir:

Teatr Muzeyində sərgi - “Nəsillərdən-nəsillərə ötürülən sənət”

19 Fevral 2019 10:23

Fevralın 20-də Azərbaycan Gənclər Fondunun dəstəyi və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə gənc şəbəkə ustası İlqar Rəsulzadənin “Nəsillərdən-nəsillərə ötürülən sənət” adlı fərdi sərgi açılacaq. Olaylar.az bildirir ki, sərgidə İ. Rəsulzadənin müxtəlif forma və üslublarda hazırladığı 50-dək əl işi nümayiş olunacaq.

Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi qoyulub

19 Fevral 2019 10:20

Fevralın 18-də Xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, görkəmli teleaparıcı və diktor Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub. Olaylar.az bildirir ki, bu haqda məlumatı məşhur diktorun tələbələri sosial şəbəkə hesablarından məlumat veriblər. Qeyd edək ki,  barelyef Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun dəstəyi ilə hazırlanıb.

Əlişir Nəvainin “Külliyyatı”nın rəngli elektron nüsxəsi Fransadan Özbəkistana gətirilib

19 Fevral 2019 10:15

Əlişir Nəvainin Herat xəttatlıq məktəbinin nümayəndəsi Əli Hicrani tərəfindən üzü köçürülən “Külliyyatı”nın rəngli elektron nüsxəsi Fransa Milli Kitabxanasından Özbəkistana gətirilib. Özbəkistan Mədəni İrsi Tədqiqat Mərkəzinin direktoru Roik Bahadurov jurnalistlərə deyib ki, indiyədək Özbəkistana məxsus bir çox əlyazma, miniatür, bəzək əşyaları, musiqi alətləri və fotoşəkillər üzə çıxarılıb.

Müşviq ata oldu - Foto

19 Fevral 2019 10:12

Aktyor Müşviq Şahverdiyev ata olub. Onun oğlu dünyaya gəlib. Bu haqda Müşviq özü xəbər yayıb. Aktyor bildirib ki, övladı anasının ad gününə hədiyyə olub.