Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi qoyulub
Fevralın 18-də Xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, görkəmli teleaparıcı və diktor Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub. Olaylar.az bildirir ki, bu haqda məlumatı məşhur diktorun tələbələri sosial şəbəkə hesablarından məlumat veriblər. Qeyd edək ki, barelyef Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun dəstəyi ilə hazırlanıb.
19 Fevral 2019 10:20 MədəniyyətFevralın 18-də Xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, görkəmli teleaparıcı və diktor Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub. Olaylar.az bildirir ki, bu haqda məlumatı məşhur diktorun tələbələri sosial şəbəkə hesablarından məlumat veriblər. Qeyd edək ki, barelyef Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun dəstəyi ilə hazırlanıb.
Tədbirdə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova, xalq artistləri Eldost Bayram, Ofeliya Sənani və və tələbələri görkəmli teleaparıcının xatirəsinə göstərilən diqqətə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rafiq Hüseynov 2017-ci il oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində müalicə aldığı klinikada dünyasını dəyişib. Mavi ekranın unudulmaz siması hələ uzun illər lentlərin yaddaşında yaşayan bənzərsiz səsi ilə milyonların yaddaşını təzələyəcək.
Qeyd edək ki, barelyef Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun dəstəyi ilə hazırlanıb.