Mədəniyyət

Muğam Mərkəzində fortepiano musiqisi gecəsi

20 Fevral 2019 16:13

Beynəlxalq Muğam Mərkəzində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin magistratura pilləsinin məzunları konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, gecədə Hüseynli Lalə, Abdullazadə Abbas, Şahbazlı Aysel, Əliyev Əmrulla, Mehdizadə Gülşən, Əlizadə Fuad, Cəfərova Aydan, Tağızadə Mahirin ifasında  R. Şumanın, F. Listin,A. Məlikovun, F.Şopenin, S. Raxmaninovun, P. Çaykovskinin əsərləri səslənib.

Tarix Muzeyində "Xocalısız... 27 il"

20 Fevral 2019 15:04

Fevralın 22-də  AMEA Milli Azərbaycan  Tarixi Muzeyi Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə “26 fevral – Xocalı Soyqırım Günü”nə həsr olunmuş "Xocalısız... 27 il" adlı tədbir keçiriləcək.

Uşaqlar üçün “nağıl saatı” 

20 Fevral 2019 12:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzi Kitabxana Sisteminin 6 saylı filialında kiçik yaşlı oxucular üçün “Nağıllar dünyası” adlı “nağıl saatı” təşkil edilib. Olaylar.az bildirir ki, “nağıl saatı”nda kitabxananın fəal oxucuları yazıçı Mirmehdi Seyidzadənin “Əqrəb və çanaqlı bağa” təmsilini səhnələşdirilmiş formada təqdim ediblər.

Horadizdə - “Ana Vətən” 

20 Fevral 2019 12:54

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Bakı şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin “Ana Vətən” adlı konsert proqramı təşkil olunub.

Fatimə həyat yoldaşı və övladları ilə tətildə - Fotolar

20 Fevral 2019 11:19

Rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşı Xəyal və övladları ilə tətilə yollanıb. O, tətildən fotoları sosial media hesabında paylaşıb.

Nüşabədən Afətə: “O səviyyənin adamı deyiləm”

20 Fevral 2019 10:19

Əməkdar artist Nüşabə Ələsgərli bir müddət öncə müğənni Afət Fərmanqızı ilə yaşadığı qalmaqalla bağlı açıqlama verib. O, ATV-də yayımlanan “Ən yaxşısı” proqramında qalmaqal yaşadığına görə qınanıldığını söyləyib.

“Silahdaşlar” adlı tammetrajlı sənədli film təqdim edildi - Nizami Kino Mərkəzində

20 Fevral 2019 10:09

Nizami Kino Mərkəzində “Silahdaşlar” adlı tammetrajlı sənədli filminin ilk nümayişi keçirildi. Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında ekranlaşdırılan film 1990-cı il 20 Yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir. Olaylar.az bildirir ki, ekran əsərinin ssenari müəllifi, Xalq artisti Ramiz Fətəliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbasdır.  

Onlayn bilet satışının təşkil olunacaq - Muzeylərdə

20 Fevral 2019 09:52

Muzey Mərkəzində Bakı şəhərində fəaliyyət göstərən bir sıra muzeylərin ziyarəti üçün onlayn bilet satışının təşkil olunmasına həsr edilən tədbir keçirildi. Olaylar.az bildirir ki, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova internet üzərindən bilet satışı istiqamətində görülən işlərdən danışdı.

Xidmətçi Röyanın başına “oyun açdı”

20 Fevral 2019 09:33

Əməkdar artist Röya Ayxanın başına iş gəlib. Müğənni bu barədə İnstaqramda məlumat verib. O, Türkiyədəki 5 otaqlı evini təmizləməsi üçün şirkətlərdən birindən xidmətçi sifariş verib.

Süleyman Ələsgərovun əsərlərini səsləndirdilər

20 Fevral 2019 09:31

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı konsert proqramı təqdim olunub. “Mədəniyyət” kanalının təşkilatçılığı ilə reallaşan konsertdə Xalq artistləri Azər Zeynalov, Gülyaz Məmmədova, Samir Cəfərov, Aygün Bayramova, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Təyyar Bayramov, Tahir İmanov, Ehtiram Hüseynov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Babək Niftəliyev və tanınmış müğənnilər Samir Piriyev, Mirələm Mirələmov, Səbinə Ərəbli, Sərxan Bünyatzadə, Kamilə Nəbiyeva, Ariz Hüseynov, Taleh Yəhyayev və başqaları çıxış edib.

Musiqili Teatrda “Balaca Şahzadə”nin premyerası olacaq

19 Fevral 2019 17:15

Martın 1-də Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında eyniadlı tamaşanın premyerası olacaq. Beynəlxalq layihə kimi təqdim olunan iki hissəli bu şou-tamaşa ana dilimizdə səslənən ilk müzikldır. Olaylar.az bildirir ki, quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.