Azərbaycanlı aparıcı qəfil vəfat etdi - FOTO
19 Fevral 2019 18:04 MədəniyyətAzərbaycan Radiosunun diktoru Sevinc Babazadə qəfil dünyasını dəyişib.
Bu barədə xəbər sosial şəbəkədə yayılıb. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım da xəbəri təsdiq edib. O bildirib ki, aparıcı ürək xəstəliyindən dünyasını dəyişib:
"53 yaşı var idi. Təfərrüatı bilmirəm, ailə üzvlərinin sözlərinə görə Sevinc Babazadə ürək xəstəliyindən vəfat edib. Dəfn dünən olub, sabah isə 3 mərasimidir".
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31