Tarix Muzeyində "Xocalısız... 27 il"

Fevralın 22-də  AMEA Milli Azərbaycan  Tarixi Muzeyi Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə “26 fevral – Xocalı Soyqırım Günü”nə həsr olunmuş "Xocalısız... 27 il" adlı tədbir keçiriləcək.

Fevralın 22-də  AMEA Milli Azərbaycan  Tarixi Muzeyi Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə "26 fevral - Xocalı Soyqırım Günü"nə həsr olunmuş "Xocalısız... 27 il" adlı tədbir keçiriləcək.

Olaylar.az bildirir ki, Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında keçiriləcək anım mərasimində bu qanlı tarixi faciəni əks etdirən məruzələr söylənəcək, soyqırım qurbanlarının başlarına gətirilən müsibətlərdən söhbət açılacaq, dünya ictimaiyyətinin erməni terroristlərinin törətdikləri cinayətlərə diqqəti cəlb etmək məqsədilə keçirilən tədbirlərdən danışılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31