Muğam Mərkəzində fortepiano musiqisi gecəsi

Beynəlxalq Muğam Mərkəzində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin magistratura pilləsinin məzunları konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, gecədə Hüseynli Lalə, Abdullazadə Abbas, Şahbazlı Aysel, Əliyev Əmrulla, Mehdizadə Gülşən, Əlizadə Fuad, Cəfərova Aydan, Tağızadə Mahirin ifasında  R. Şumanın, F. Listin,A. Məlikovun, F.Şopenin, S. Raxmaninovun, P. Çaykovskinin əsərləri səslənib.

Gənclərin öz istedadlarının nümayişi həmişəki kimi maraqla qarşılanıb.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin nümayişi və təbliği məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm   yaradıcılıq  layihələri davam  edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31