Regionların mədəni ixtisaslaşması siyasəti davam edir
Mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsi ölkəmizdə reallaşdırılmaqda olan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəflərdən biridir və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müvafiq istiqamətdə mütəmadi islahatlar aparılmaqdadır.
19 Fevral 2019 12:05 MədəniyyətMədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsi ölkəmizdə reallaşdırılmaqda olan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəflərdən biridir və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müvafiq istiqamətdə mütəmadi islahatlar aparılmaqdadır.
Olaylar.az bildirir ki, qarşıda duran hədəflər nəzərə alınmaqla mədəniyyət müəssisələrində çalışan əməkdaşların kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında təşkil olunacaq ixtisasartırma kurslarının keçiriləcəyi regionlar müəyyənləşdirilib. Əməkdaşların rahatlığını təmin etmək və təlimlərə həsr olunacaq zamana qənaət etmək məqsədilə Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən reallaşdırılacaq ixtisaslaşmış kurslar Bakı, Xaçmaz, Şamaxı, Gəncə, Lənkəran və Xırdalan şəhərlərində baş tutacaq.
"Dövlət Rəsm Qalereyaları", "Muzey işi", "Klub işi" ilə bağlı mövzuları ehtiva edən kurslar müvafiq olaraq Xaçmaz, Gəncə və Lənkəran şəhərlərində təşkil olunacaqdır. "Dövlət idarəetmə sistemi və qanunvericilik", "İncəsənət müəssisələrinin idarə olunması" mövzularını əhatə edəcək kurslara qatılacaq mədəniyyət işçilər isə paytaxt Bakıya üz tutacaqlar. "Heyədər Əliyev Mərkəzləri" ilə bağlı mövzular Xırdalan şəhərində tədris olunacaqdır.