Mədəniyyət

Mədət Quliyevin oğlu Nigar Camalla birlikdə – FOTO

19 Fevral 2019 10:09

Nigar Camal Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə klipdə rol alıb.  “Get həyatımdan” adlı yeni ekran işində ifaçının tərəf müqabili çoxsaylı sosial və humanist layihələrin müəllifi olan Murad Qulubəyli olub.

Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə sərgi təşkil edilib

18 Fevral 2019 18:42

AMEA Mərkəzi Elmi Kitabxanası yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadəyə həsr olunmuş sərgi təşkil edib. Sərgi MEK tərəfindən tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq təşkil edilib.

Fədayə yenidən hakim qarşısına çıxacaq

18 Fevral 2019 17:03

Xəbər verdiyimiz kimi, Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın apelyasiya şikayəti verib. Onun məhkəmə prosesinin vaxtı müəyyənləşib. Bu barədə  müğənninin vəkili Türkel Süleymanlı məlumat verib. O bildirib ki, məhkəmə prosesi bu ayın 28-i baş tutacaq.

Sıla və Ebru Gündeşə görə iş adamlarından 200 min alana 8 il cəza

18 Fevral 2019 16:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşın”ın rəhbəri, müğənni Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T.Vəlizadə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Xatirə liposaksiya əməliyyatına görə ana olmaqdan vaz keçdi

18 Fevral 2019 16:43

“İkinci dəfə ana olub, sonra liposaksiya əməliyyatı etməli idim”. Bu sözləri müğənni Xatirə İslam “ATV maqazin onlarla” proqramında danışıb. Sənətçi bildirib ki, əməliyyata görə ikinci dəfə ana olmaqdan imtina edib: “Çox istəyirdim ki, bir qızım olsun, sonra əməliyyat etdirim və sənətin qoynuna atılım. Evimizdə də bu söz-söhbət həmişə var. Övladımın da tək qalmasını istəmirik. Uşaq elə darıxır ki, öz-özünə danışır. 

Rasim Balayev İbrahimbəyovun yubileyinə niyə getmədi?

18 Fevral 2019 16:41

Rüstəm İbrahimbəyov məni 80 illik yubileyinə dəvət etməyib. Bu sözləri açıqlamasında xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyovun 80 illik yubileyi ilə bağlı Bakıda keçirilən mərasimdə iştirak etməməsinə aydınlıq gətirərkən deyib.

Fatimə qızına qadağalı toy edəcək

18 Fevral 2019 16:27

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın “hə” mərasimi baş tutub. Bu barədə “ATV maqazin onlarla”ya danışan Fatimə kürəkəni ilə qızının vasitəsilə tanış olduğunu deyib.

Sarayda “Zima-2019” beynəlxalq uşaq festivalı

18 Fevral 2019 13:52

Azərbaycan Mədəniyyət Nazirliyinin və “Beat Group” şirkətinin dəstəyi ilə Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Konsertdən əvvəl qırmızı xalı üzərindən keçən gənc vokalçılar festivaldan gözləntilərini paylaşdılar.

17 yaşadək olan uşaqlar üçün rəsm müsabiqəsi

18 Fevral 2019 13:49

Xətai Sənət Mərkəzinin elan etdiyi “Yurdumuza bahar gəlir” rəsm müsabiqəsi davam edir. Olaylar.az bildirir ki, müsabiqəyə 17 yaşadək olan uşaqlar qatıla bilər. Təqdim olunan sənət əsərlərinin son qeydiyyat tarixi martın 4-də bitəcək. Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 və 12-17) aparılacaq.

“Əsli və Kərəm” növbəti dəfə səhnədə

18 Fevral 2019 12:28

Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan “Əsli və Kərəm” növbəti dəfə operasevərlər üçün təqdim olunub. Bəstəsi dahi bəstəkar Ü. Hacıbəyliyə məxsus olan səhnə əsərinə Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.

"3 ay anama yalvardım" - Rəqsanənin qızı

18 Fevral 2019 10:30

Müğənni Aysun İsmayılova media nümayəndələri ilə görüş keçirərək, yeni klipini təqdim edib.  “Düşmənlər” adlı ekran işindən danışan ifaçı bildirib ki, çəkilişlər bir günə başa çatıb. “Mahnı əslində, anam üçün yazılmışdı. Amma çox xoşum gəldi. Üç ay bu mahnı üçün ona yalvardım. Axırda gördüm alınmır, çəkib İnstaqramda paylaşdım ki, bəlkə ürəyi yumşala. Nəhayət, istəyimə nail oldum. Ümid edirəm ki, bəyənəcəksiniz” deyə, Aysun bildirib.

Almaniyalı alimlər e.ə. V əsrə aid tapıntıları tədqiq edirlər

18 Fevral 2019 10:28

2013-cü ildən başlayaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Almaniyanın Münhen Lüdviq-Maksimilian Universitetinin Ön Asiya Arxeologiyası İnstitututu Şəmkir rayonunun Qaracəmirli kəndində və ətraf ərazilərdə arxeoloji araşdırmalar aparırlar. Olaylar.az bildirir ki, Beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiya tərəfindən Qaracəmirli kəndinin ərazisində aşkar olunan e.ə. V-IV əsrlərə aid sarayda arxeoloji tədqiqatlar davam etdirilir, həmçinin Şəmkir rayonu ərazisindəki digər yeni abidələrin  qeydiyyatı və həmin abidələrdə əsasən kəşfiyyat xarakterli qazıntılar həyata keçirilir.