Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə sərgi təşkil edilib

AMEA Mərkəzi Elmi Kitabxanası yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadəyə həsr olunmuş sərgi təşkil edib. Sərgi MEK tərəfindən tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq təşkil edilib.

Olaylar.az bildirir ki, sərgidə Mirzə Cəlilin müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Onların sırasında "Cümhuriyyət", "Danabaş kəndinin əhvalatları", "Bəlkə də qaytardılar", "Hekayələr", "Mirzə Cəlil və Məmmədquluzadələr (məktublaşma)", "C.Məmməqduluzadə (Biblioqrafiya)", "Cəlil Məmmədquluzadə" (İsa Həbibbəyli), "Cəlil Məmmədquluzadə. Molla Nəsrəddin arxivinin təsviri" (Afaq Əliyeva), "Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri", "İnsanlar və talelər" (Məmməd Cəfər Cəfərov), "Cəlil Məmmədquluzadə taleyi və sənəti" və digər kitablar yer alır.

Sərgilənən kitablar MEK-in elektron kataloqunda qeyd edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi fevralın 23-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31