“Əsli və Kərəm” növbəti dəfə səhnədə
Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan “Əsli və Kərəm” növbəti dəfə operasevərlər üçün təqdim olunub. Bəstəsi dahi bəstəkar Ü. Hacıbəyliyə məxsus olan səhnə əsərinə Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.
18 Fevral 2019 12:28 MədəniyyətAzərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan "Əsli və Kərəm" növbəti dəfə operasevərlər üçün təqdim olunub. Bəstəsi dahi bəstəkar Ü. Hacıbəyliyə məxsus olan səhnə əsərinə Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.
Dirijor Sevil Hacıyeva tərəfindən idarə olunan operada Əsli obrazını solist Rəvana Əmiraslanlı, Kərəmi isə Əməkdar artist İlkin Əhmədov canlandırıb.
Digər partiyaları Taleh Yahyayev, Nurlan Namazov, Mütəllim Dəmirov, Nəzər Bəylərov, İsmayıl Ələkbərov və digərləri ifa edib.