Rasim Balayev İbrahimbəyovun yubileyinə niyə getmədi?

Rüstəm İbrahimbəyov məni 80 illik yubileyinə dəvət etməyib. Bu sözləri açıqlamasında xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyovun 80 illik yubileyi ilə bağlı Bakıda keçirilən mərasimdə iştirak etməməsinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, R.İbrahimbəyovla arasında hər hansı problem yaşanmayıb:

"Rüstəm bəylə aramızda heç bir problem olmayıb. Sadəcə, məni doğum gününə dəvət etməyib. Hər halda dəvət olunmadığım yerə gedə bilmərəm".

Qeyd edək ki, fevralın 15-də Bakıya gələn Rüstəm İbrahimbəyov 80 illik yubileyini ölkənin tanınmış simaları ilə paytaxtda qeyd edib. Uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun katibi vəzifəsində işləyən (1990-2013) R.Balayevin sözügedən məclisdə olmaması diqqətlərdən yayınmayıb. Kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31