İlk dəfə - “Auksion Baku” müsabiqə keçirəcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Rəsm Qalereyası ilə “Auction Baku” MMC arasında bağlanmış birgə əməkdaşlıq haqqında memoranduma əsasən hər iki qurumun birgə təşkilatçılığı ilə respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurulmaq, art biznes sahəsində rəqabət qabiliyyətliyinin gücləndirilmək məqsədi ilə ilk dəfə olaraq incəsənət əsərlərinin, əntiq əşyaların ixtisaslaşdırılmış auksionunun təşkili nəzərdə tutulur.
19 Fevral 2019 13:37 MədəniyyətAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Rəsm Qalereyası ilə "Auction Baku" MMC arasında bağlanmış birgə əməkdaşlıq haqqında memoranduma əsasən hər iki qurumun birgə təşkilatçılığı ilə respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurulmaq, art biznes sahəsində rəqabət qabiliyyətliyinin gücləndirilmək məqsədi ilə ilk dəfə olaraq incəsənət əsərlərinin, əntiq əşyaların ixtisaslaşdırılmış auksionunun təşkili nəzərdə tutulur.
Olaylar.az bildirir ki, "Auksion Baku"da qeydiyyat iki cür aparılacaq alıcılar və satıcılar. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
Siz auksionda iştirak etmək istəyirsinizsə və öz iştirakınızı aşağıdakı e-mail ünvanlarına e-mail göndərməklə təsdiq etdikdən sonra necə almalı? necə satmalı? necə iştirak etməli? kimi suallara cavablar e-mail ünvanıza göndəriləcəkdir.
Almaq üçün- [email protected]
Satmaq üçün- [email protected]
Əlaqə nömrəsi- 077 717 33 37
İlk auksion 2019-cu il aprel ayında keçiriləcəkdir. Auksionun yeri və vaxtı haqqında ətraflı məlumat iştirakçıların e-mail ünvanlarına göndəriləcəkdir.
Ərizə forması
Soyadı___________________________________ Adı______________________________________ Atasının adı_______________________________ Təvəllüd__________________________________ Maraq göstərdiyi sahə
- İncəsənət əsərləri
- Qədim mebellər
- Əntiq əşyalar
- Musiqi alətləri
- Saatlar
- Zərgərlik məmulatları
- Xalça və xalçaçılıq məmulatları
- Nadir şərablar
İştirak forması
□ açıq □ gizli
Əlaqə____________________________________ Şəxsiyyət vəsiqəsinin seriyası və fin kodu