Süleyman Ələsgərovun 95 illiyi Bəstəkarlar İttifaqında qeyd edildi

 Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərovun anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Olaylar.az bildirir ki, konfransı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq görkəmli bəstəkarın həyatı və zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, tanınmış və sevilən bəstəkar olan Süleyman Ələsgərov müasir dövrdə Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən sənətkar olub. Hər bir sahədə Üzeyirin gözəl irsini inkişaf etdirib, təşviq edib. Çalışıb ki, xalq mahnılarımız qorunsun, yeni nəsillərə ötürülsün.

Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərovun anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Olaylar.az bildirir ki, konfransı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq görkəmli bəstəkarın həyatı və zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, tanınmış və sevilən bəstəkar olan Süleyman Ələsgərov müasir dövrdə Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən sənətkar olub. Hər bir sahədə Üzeyirin gözəl irsini inkişaf etdirib, təşviq edib. Çalışıb ki, xalq mahnılarımız qorunsun, yeni nəsillərə ötürülsün.

Bildirib ki, S.Ələsgərov bacarıqlı pedaqoq kimi də səmərəli fəaliyyət göstərib. O həmçinin ömrünün sonunadək Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri olub.

Sonra Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar incəsənət xadimi Akif Quliyev, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və musiqişünas Aysel Kərimova görkəmli bəstəkarın həyat və yaradıcılığı ilə bağlı mühazirələri dinlənilib.

Konfrans çərçivəsində bəstəkarın "Tar ilə simfonik orkestr üçün konsert"dən bir hissə və "Vətənimdir" romansı səsləndirilib. Həmçinin, Şuşa musiqi məktəbinin şagirdləri bəstəkarın əsərlərini ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31