“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşıb. Olaylar.az bildirir ki, konsert proqramı Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tərəfindən müşayiət edilib. Konsert çərçivəsində gənc ifaçılar tərəfindən tanınmış gənc və klassik bəstəkarların əsərləri səsləndirilib.

"Gənclərə dəstək" layihəsi çərçivəsində növbəti konsert M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşıb.

Olaylar.az bildirir ki, konsert proqramı Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tərəfindən müşayiət edilib. Konsert çərçivəsində gənc ifaçılar tərəfindən tanınmış gənc və klassik bəstəkarların əsərləri səsləndirilib.

Qeyd edək ki, "Mədəniyyət" kanalı və Azərbaycan Akademik Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək layihə çərçivəsində hər il mütəmadi olaraq konsert proqramları təqdim edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31