Mədəniyyət
İqor Ponomarenko “Cinema Hits Show” adlı konsert proqramı ilə Sarayda çıxış edəcək
Heydər Əliyev Sarayında rusiyalı dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Cinema Hits Show” adlı konsert proqramı təqdim olunub. Olaylar.az bildirir ki, konsertdə dünyaca məşhur bəstəkarlar Ennio Morricone, Ramin Cavadi, Vladimir Kosma, Nino Rota və digərlərinin əsərləri səsləndirilib.
Beynəlxalq Qadınlar günündə “Qu gölü” baleti nümayiş olunacaq
Martın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Olaylar.az bildirir ki, tamaşa 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunacaq. Əsas rollarda balet truppasının aparıcı solistləri Ayan Eyvazova (Odetta-Odilliya), əməkdar artistlər Makar Ferştandt (Şahzadə Ziqfrid) və Samir Səmədov (Rotbart) çıxış edəcəklər. Tamaşada həmçinin solistlərdən Elmira Süleymanova, Səbinə Hacıdadaş, Samirə Məmmədova, Leyla Narimanidze, Dilarə Mehdiyeva, Dinara Şirinova və Kamran Qurbanov da iştirak edəcəklər.
Daha bir məşhur cinsiyyətini dəyişdirib kişi olmağa qərar verdi – FOTO
Aktyor “Oskar”a arvad paltarında gəldi - Foto
Tofiq Tağızadənin 100 illiyi qeyd olunacaq
Martın 1-də Muzey Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə tədbir keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq. Olaylar.az bildirir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.
Ata olan Müşviq hələ də oğlunu görməyib
Ötən həftə aktyor Müşviq Şahverdiyev ata olmuşdu. Sənətçi “X maqazin” verilişində oğlunu hələ də görmədiyini deyib.
Koreyalı alimlər Tarix Muzeyində
Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) beynəlxalq innovasiya əməkdaşlıq mərkəzinin nümayəndələri Eun Yo Kim, So Hyun Kvon, Hanbat Universitetinin professoru Yonq İn Çoi Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Azərbaycan opera sənətçiləri Belqradda çıxış edəcəklər
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Serbiya Milli Operası arasında beynəlxalq mədəni əməkdaşlıq çərçivəsində Belqrad şəhərində fevralın 23-də “Bogema”, 27-də isə “Trubadur” operası nümayiş olunacaq.
Nura Suri oğlu ilə danışmır
“Hazırda oğlumla danışmıram”. Bu etirafı “Atv maqazin onlarla” proqramında “33 sual” rubrikasının qonağı olan müğənni Nura Suri edib. O bildirib ki, oğlunun sevgili seçimindən razı deyil. Buna görə də övladı ilə danışmır.














.jpg)