Nura Suri oğlu ilə danışmır

“Hazırda oğlumla danışmıram”. Bu etirafı “Atv maqazin onlarla” proqramında “33 sual” rubrikasının qonağı olan müğənni Nura Suri edib. O bildirib ki, oğlunun sevgili seçimindən razı deyil. Buna görə də övladı ilə danışmır.

"Hazırda oğlumla danışmıram".

Bu etirafı "Atv maqazin onlarla" proqramında "33 sual" rubrikasının qonağı olan müğənni Nura Suri edib.

O bildirib ki, oğlunun sevgili seçimindən razı deyil. Buna görə də övladı ilə danışmır.

"Ürəyim istəyən gəlin olsa, qayınana olmağa hazır olardım. Hazırda oğlumla danışmıram. Çünki sevgilisi mənim seçimim deyil. Onun yerinə seçim edəsi deyiləm, sadəcə övladlarımdan xahiş etmişdim ki, özünüzə sevgili, həyat yoldaşı seçəndə, eləsini seçin ki, əməyim yerə dəyməsin. O qızın oğluma münasibətini qəbul edə bilmirəm. Mən oğluma qarşı başqa münasibət gözləyirdim" deyə, Nura bildirib.

Qeyd edək ki, sənətçinin üç oğul övladı var. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31