Mədəniyyət

Qəzəl müsabiqəsinin qalibləri müəyyənləşdi

22 Fevral 2019 12:05

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli-mənəvi dəyərlərin təbliği baxımdan xüsusi əhəmiyyətini nəzərə alaraq AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi və Kürdəmir rayon Təhsil şöbəsi ilə birgə şagirdlər arasında qəzəl müsabiqəsi elan edib.

Hadisədən sürpriz anlaşma

22 Fevral 2019 11:39

Qadın fotoqraflar üçün qrant müsabiqə

22 Fevral 2019 11:28

Tbilisi Fotoqrafiya və Multimedia Muzeyi İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə agentliyi (SDC) tərəfindən maliyyələşən “Təhsil və innovasiya naminə Cənubi Qafqaz fotoqrafiya mərkəzi” layihəsi çərçivəsində Cənubi Qafqaz bölgəsini təmsil edən qadın fotoqraflar üçün ikinci açıq konkursunu elan edir. Olaylar.az bildirir ki, Gürcüstan, Ermənistan və ya Azərbaycandan olan və fəaliyyətə yeni başlayan 7 qadın fotoqraf Multimedia Yaradıcılıq Laboratoriyası (Multimedia Production Lab) tərəfindən təqdim olunan qrantdan istifadə etmək imkanına malik olacaq. Qrant Cənubi Qafqazda ictimai problemləri və Cənubi Qafqazda yaşayan icmaları işıqlandıran fotolayihələrə ayrılacaq.

Bayram Nurlu yenə ağlayır

22 Fevral 2019 11:05

Vasif üzünə botoks etdirib?

22 Fevral 2019 10:50

Əməkdar artist Vasif Məhərrəmlinin arxiv fotosu müzakirələrə səbəb olub. Müğənninin şəklinə yüzlərlə rəy yazılıb. İzləyicilər Vasifin başına saç əkdirməyi ilə yanaşı üzünə dolğu etdirdiyini də vurğulayıb. Belə ki, arxiv fotolarında üzündə, alnında, gözünün ətrafında qırışlar olan Məhərrəmlinin indi onlara botoks etdirdiyi açıq-aşkar görünüb.

Əməkdar artist Cennifer Lopesin ayaqqabılarından aldı - 3300 MANATA - FOTO

22 Fevral 2019 10:46

Əməkdar artist Röya Ayxan “Versace Resort 2019” kolleksiyasından olan cins çəkmələri ilə diqqət çəkib. Sözügedən çəkmə modelini keçən ilin sonlarından dünya ulduzu Cennifer Lopes geyinmişdi. Onun cins şalvar şəklində, yuxarı hissəsi kəmərli cins ayaqqabıları sosial şəbəkədə müzakirə olunmuşdu.

Mir Cəlal Paşayevin əsəri əsasında FİLM ÇƏKİLDİ - FOTO

22 Fevral 2019 10:34

Görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin əsəri əsasında film çəkilib.

“Mirzə Cəlil dühası” - Dəyirmi masa

22 Fevral 2019 10:27

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olacaq. Olaylar.az bildirir ki, Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyət C.Məmmədquluzadənin 150 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Baronessa Emma Nikolson və Əbülfəz Qarayevin iştirakı ilə dəyirmi masa

21 Fevral 2019 17:26

Beynəlxalq Muğam Mərkəzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayevin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Olaylar.az bildirir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson  və Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayevin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində "Dəyirmi masa" keçirilmişdir.