Mədəniyyət

Təranə Nazəninə söz atdı: “Mən keçmişimi sevirəm” - Video

28 Fevral 2019 11:08

Müğənni Təranə Qumral 1998-ci ildə AzTV-də yayımlanan “Gəl, səhərim” adlı proqramdan arxiv görüntülərini paylaşıb. Sözügedən videoda Musa Musayev də yer alıb. Təranə paylaşımına “Mən keçmişimi sevirəm” sözlərini yazıb. O, bu fikirləri ilə bir neçə gün öncə eyni proqramdan görüntüləri yayılan uzun illərdir danışmadığı müğənni Nazənin Salayevaya söz atıb.

"İran rəsmiləri mənə ömürlük qadağa qoydu" - Namiq

28 Fevral 2019 10:53

Meyxanaçı Namiq Qaraçuxurlu İranda ona qadağa qoyulduğunu açıqlayıb.  Sənətçi 15 ilə yaxın müddətdə İrana buraxılmadığını etiraf edib: "2003-cü il, Zəncan şəhərində stadion konsertinin ikinci günü. Xatırlayırsınızsa, birinci günün görüntüsünü paylaşmışdım. Konsertin ilk günündə insan izdihamını, qarışıqlığı görən İran rəsmiləri mənə oteldən çıxmaq qadağası qoydular. İkinci konserti isə ləğv etmək qərarına gəldilər. Oteldən çıxmaq qadağasıyla razılaşsaq da, konsertin ləğvini heç cur qəbul etmədik. Uzun sürən müzakirə və mübahisələrdən sonra sağ olsunlar bizi başa düşdülər və konsertə icazə verdilər, yalnız bir şərtlə: Ən xırda hərəkət belə baş versə, dərhal səhnəni tərk edəcəm. 

“Boomerang” layihəsi təqdim edildi

28 Fevral 2019 10:42

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kiçik səhnəsində “Boomerang” layihəsinin təqdimat mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirin məqsədi tələbələri layihənin gedişatı, sənədləşmə qaydaları və son tarixlər barədə ətraflı məlumatlandırmaqdır. Tədbirdə çıxış edən British Council-un direktor müavini Nigar Baimova çıxış edərək bildirib ki, British Council Ali Təhsil Sahibkarlıq sahəsinin inkişafına istiqamətlənmiş Creative Spark proqramına start verib. Proqram çərçivəsində Birləşmiş Krallıqdan Gradcore və London İncəsənət Universiteti (UAL), Azərbaycandan Mədəniyyət və İncəsənət Universiteti və Yarat Müasir İncəsənət Məkanı arasında tərəfdaşlıq formasını həyata keçirəcək “Boomerang” layihəsi hazırlanıb.

İtaliyalı pianoçu ustad dərsi keçdi

28 Fevral 2019 10:30

 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İtaliyalı pianoçu, Milan Konservatoriyasının məzunu Marko Falossi akademiyanın tələblərinə ustad dərsi keçib. Professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən ustad dərsində xarici bəstəkarların əsərlərinə müraciət olunub.

Günel türkiyəli məşhurla duet oxudu – VİDEO

28 Fevral 2019 10:29

Türkiyədə yaşayan müğənni Günel Zeynalova türkiyəli həmkarı Orhan Ölmezlə duet ifa edib. Bu barədə həmyerlimiz instaqramda məlumat verib.

Muğam Mərkəzində “Azərbaycan tarı, dünən bu gün və sabah”

28 Fevral 2019 10:26

Fevralın 28-də  Beynəlxalq Muğam Mərkəzində  Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi çərçivəsində  Beynəlxalq Muğam Mərkəzinin Milli Konservatoriya ilə  birgə təşkil etdiyi “Azərbaycan tarı, dünən bu gün və sabah” adlı tədbir  keçiriləcəkdir.

Aleksey Boqdançikov "Sevilya bərbəri" operasında 

28 Fevral 2019 10:11

Martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, həmin tamaşada Fiqaro partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın "Novaya opera" Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikovu dəvət eymişdir.

Rafael Abasovun 75 illik yubiley sərgisi

27 Fevral 2019 13:23

Fevralın 27-dən mart ayının 5-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Rafael Abasovun 75 illik yubiley sərgisi keçiriləcəkdir. Sərginin açılışı 27 fevral saat 18:30-da baş tutacaqdır.  Rafael Abasov 28 noyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, 1968-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Mikayıl Abdullayev və Tahir Salahov kimi dünya şöhrətli sənətkarlardan dərs alan Rafael Abasov 1967-ci ildən başlayaraq respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır.

Bakı Uşaq Teatrında festival -  “Nəsimi ili – Nəsimi dili” 

27 Fevral 2019 10:48

Bakı Uşaq Teatrı “Bir teatr, bir festival” layihəsi çərçivəsində üçüncü “Bizim teatr festivalı”nı “Nəsimi ili”nə həsr edəcək. Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə reallaşacaq və “Nəsimi ili – Nəsimi dili” adlandırılacaq festivalın aprelin 12-də Aktyor Evində gerçəkləşməsi nəzərdə tutulur.

Aygünü qısa saçda daha çox bəyəndilər -  Fotolar

27 Fevral 2019 10:34

Saçlarını gah uzadıb, gah da qısaldan xalq artisti Aygün Kazımova yenə görünüşündə dəyişiklik edib.   Müğənni hər zaman saçlarını uzatmaq üçün taxdığı qaynaqlarını çıxardıb. 

"Aprel yüksəkliyi" sənədli filmi təqdim edildi -  Nizami Kino Mərkəzində

27 Fevral 2019 10:26

Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun döyüş yoluna həsr olunmuş "Aprel yüksəkliyi" sənədli filminin təqdimatı keçirildi. Olaylar.az bildirir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Salnaməfilm” studiyasında lentə alınıb. Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Rafiq Bayramov və Sevda Məmmədəliyeva, nazirliyin kollektivi, hərbçilər iştirak edirdi.