Aleksey Boqdançikov "Sevilya bərbəri" operasında
Martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, həmin tamaşada Fiqaro partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın "Novaya opera" Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikovu dəvət eymişdir.
28 Fevral 2019 10:11 MədəniyyətMartın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin "Sevilya bərbəri" operasının tamaşası keçiriləcəkdir.
Olaylar.az bildirir ki, həmin tamaşada Fiqaro partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın "Novaya opera" Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikovu dəvət eymişdir.
Rusiyalı vokalçı ilə yanaşı tamaşada Azərbaycan Opera və Balet Teatrının solistləri - Xalq artistləri Fidan Hacıyeva (Rozina), Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), Əməkdar artistlər Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), həmçinin solistlər Nina Makarova (Berta) və Firus Məmmədov (zabot) çıxış edəcəklər.
Qeyd edək ki, tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" Milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.