Bakı Uşaq Teatrında festival -  “Nəsimi ili – Nəsimi dili” 

Bakı Uşaq Teatrı “Bir teatr, bir festival” layihəsi çərçivəsində üçüncü “Bizim teatr festivalı”nı “Nəsimi ili”nə həsr edəcək. Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə reallaşacaq və “Nəsimi ili – Nəsimi dili” adlandırılacaq festivalın aprelin 12-də Aktyor Evində gerçəkləşməsi nəzərdə tutulur.

Bakı Uşaq Teatrı "Bir teatr, bir festival" layihəsi çərçivəsində üçüncü "Bizim teatr festivalı"nı "Nəsimi ili"nə həsr edəcək.

Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə reallaşacaq və "Nəsimi ili - Nəsimi dili" adlandırılacaq festivalın aprelin 12-də Aktyor Evində gerçəkləşməsi nəzərdə tutulur.

Festivalda əsasən, Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək. Bununla yanaşı, başqa teatrların aktyorları da festivala qatılmaq üçün müraciət edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31