Mədəniyyət
Uşaq incəsənət məktəbinin şagirdləri Londonda qalib oldular
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Londonda keçirilən “Kingdom art stars” müsabiqəsində iştirak ediblər.
Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı sərgi açılacaq
Martın 2-də Xətai Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi açılacaq. Olaylar.az bildirir ki, sərgi Azərbaycan Respublikasının Gənclər Fondu və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq. Məqsəd ölkəmizin yaradıcı gənclərinin tanınmasına və əl işlərinin nümayişinə dəstək olmaqdır.
“Çölçü” daha bir beynəlxalq mükafata layiq görüldü
Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Hindistanda keçirilən “CROWN WOOD INTERNATIONAL” Film Festivalında iştirak edərək “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülmüşdür. Olaylar.az bildirir ki, “Çölçü” filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunmuşdur.
Azərbaycanlı aparıcı ata olacaq
“Xəzər” TV-də yayımlanan “Anamın yeməyindən yoxdur” proqramının aparıcısı Ağakərim Əbülfəzoğlu ata olmağa hazırlaşır. Mayda onun qız övladı dünyaya gələcək.
“Balaca şahzadə” Dövlət Musiqili Teatrının səhnəsində
Azərbaycan Dövlət Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası olub. Olaylar.az bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.
Muğam Mərkəzində Xalq artisti Teymur Mustafayevin yaradıcılıq gecəsi
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Xalq artisti Teymur Mustafayevin yaradıcılığına həsr olunub. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Regional mədəniyyət idarələrində peşəkarlığının artırılması üçün təlimlər keçirilir
Fevralın 28-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin informasiya məsələləri üzrə məsul şəxsləri üçün ictimaiyyətlə əlaqələr sahəsində peşəkarlığın artırılması və mətbuatla işin təkmilləşdirilməsi məqsədilə təlim-kurs keçirilib.
Nazir Şeyx Fahim bin Sultan Əl Qasimini rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Mədəniyyət naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca Əmirliyinin Hökumət əlaqələri üzrə İdarəsinin sədri Şeyx Fahim bin Sultan Əl Qasiminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Olaylar.az bildirir ki, görüşdə Azərbaycan və BƏƏ arasında mədəniyyət sahəsində əlaqələr, bu sahədə Şarca Əmirliyi ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Akademik Rafael Hüseynov Xalq artistinin xatirəsinə kitab yazdı
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun xatirəsinə həsr etdiyi “Hacıbaba Hüseynov” adlı kitabı çapdan çıxıb. Olaylar.az bildirir ki, kitab Prezident İlham Əliyevin “Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinin keçirilməsi haqqında” 22 fevral 2019-cu il tarixli Sərəncamına əsasən nəşr olunub.
Kimi tanımadı, kimi tənqid etdi - Səmra dəyişdi
"İran rəsmiləri mənə ömürlük qadağa qoydu" - Namiq
Damla: "Narkotik aludəçisi, biznesmenlə sevgili..."
“Gözəl və cadugər” - Öyrədici pilot layihəsi çərçivəsində nümayiş olundu
Gəncə Kukla Teatrında Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar 2-ci qrant müsabiqəsi” çərçivəsində maliyyələşdirdiyi “Uşaq teatr sənəti” adlı orta məktəblərdə öyrədici pilot layihəsi çərçivəsində “Gözəl və cadugər” adlı tamaşa nümayiş etdirilib. Olaylar.az bildirir ki, layihənin əsas məqsədi uşaqların teatr bacarığını inkişaf etdirməklə onların özlərinə inamını artırmaq, kollektivlə işləmək, inandırmaq kimi qabiliyyətlərini aşkarlamaq, bununla bərabər onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Pantomima Teatrında premyera olacaq
Martın 3-də Azərbaycan Dövlət Pantomima Teatrında yeni tamaşa - “Xocalı - bu olub” adlı tamaşanın premyerası olacaq. Olaylar.az bildirir ki, səhnə əsərində Xocalı həqiqətləri, 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı pantomima teatrı estetikasında nümayiş olunacaq.
Muzeydə görmə qabiliyyəti məhdud olan insanlara sertifikatlar verildi
Fevralın 28-də Azərbaycan Xalça Muzeyində açılan və görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulan “Tarixə və ənənəyə toxunuş” sərgisinə yekun vurulub. Olaylar.az bildirir ki, sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovsuz xalçaların toxunması üzrə muzeyin ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən keçirilən ustada dərslərinin iştirakçılarına sertifikatlar verilib.














