“Balaca şahzadə” Dövlət Musiqili Teatrının səhnəsində
Azərbaycan Dövlət Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası olub. Olaylar.az bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.
1 Mart 2019 10:13 MədəniyyətAzərbaycan Dövlət Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası olub. Olaylar.az bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.
Premyeradan əvvəl tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova səhnə əsəri ilə bağlı təəssüratlarını bölüşüb. Antuan de Sent-Ekzüperinin kitablarının dünyada hər zaman yüksək tirajla satıldığını deyən rejissor bildirib ki, belə böyük yazıçıların əsərlərinin tərcümə olunub Azərbaycan teatrlarında səhnələşdirilməsi sevindirici haldır.
Maraqla qarşılanan tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.
Balaca şahzadə obrazını Musiqili Teatrın azyaşlı iki aktyoru - adı "Qızıl kitab"a yazılan Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandırıblar. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.