Mədəniyyət

Məşhur caz ifaçısı Sarayda konsert verdi

4 Mart 2019 10:07

Heydər Əliyev Sarayında “Qremmi”, “Emmi” və “Billbord” mükafatları laureatı Arturo Sandoval konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, konsert ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi və "Premyer Art Menecment"in təşkilatçılığı ilə reallaşıb.

Hacı İsmayılov: Bütün xahiş və təkliflər mütləq öz həllini tapacaq

4 Mart 2019 10:04

Bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə Heydər Əliyev Mərkəzində görüşü əhəmiyyətli bir hadisə oldu. Bunu  Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, "Şöhrət"ordeni kavaleri Hacı İsmayılov deyib.

Xalq artisti Tofiq Tağızadə  Muzey Mərkəzində anıldı

4 Mart 2019 10:02

Azərbaycan Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun dəstəyi ilə Muzey Mərkəzində görkəmli kinorejissor, ssenarist, aktyor, Xalq artisti Tofiq Tağızadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, kinorejissor, Əməkdar elm xadimi Ayaz Salayev tədbiri açaraq istedadlı rejissorun həyat və yaradıcılığından danışıb. O diqqətə çatdırıb ki, Tofiq Tağızadə yerli kinematoqrafiyanın “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Matteo Falkone”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. kimi məşhur filmlərinin müəllifi olub. “Tofiq Tağızadə əsl peşəkar idi, o, tarixi, macəra, komediya və digər müxtəlif janrlarda filmləri lentə alırdı. Bununla yanaşı, o, ssenari yazır, bəzi ekran əsərlərində rollara çəkilirdi. Böyük rejissorun xatirəsi əbədi yaşayacaq”, - deyə A.Salayev bildirib.

Tanınmış muğam ifaçısı dünyasını dəyişdi

4 Mart 2019 10:00

Tanınmış xanəndə Camal Dadaşov vəfat edib. Tanınmış xanəndənin heç bir xəstəliyi olmayıb. Gecə ailəsi, doğmaları ilə birgə olub. Yatmaq üçün otağına keçərkən qəfil yıxılıb və dünyasını dəyişib.

Tələbələr “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalında

1 Mart 2019 12:08

Yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşa martın 4-də “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı çərçivəsində təqdim olunacaq. Olaylar.az bildirir ki, Mədəniyyət və İncəsənət Universitetinin (MİU)“Teatr sənəti” fakültəsinin üçüncü kurs tələbələrinin hazırladıqları səhnə əsərində Tunar Əlizadə (Aspirant), Çimnaz Bağırova və Oksana İsgəndərova (Qadın, Ana), Əlirza Kənani (Arxadaş), Səbinə Məmmədova (Quzu (Qağayı), Elnur Tağıyev (Yekəpər (Yaddaş), Rəhimə Abdinova (Əntər (Əzab), Asim Mərdanov (Qoca), Fərid Baxşıyev (Feldşer) iştirak edirlər.

YUĞ Dövlət Teatrı festivalda dörd tamaşa ilə iştirak edəcək

1 Mart 2019 11:28

Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi ustad rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olun “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalında dörd tamaşa ilə iştirak edəcək.

Mustafa Mərdanovun 125 illik yubileyi qeyd olundu

1 Mart 2019 11:10

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Mustafa Mərdanovun 125 illik yubileyi ilə bağlı tədbir keçirildi. Olaylar.az bildirir ki, mərasim Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdi. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirak edirdi.