“Çölçü” daha bir beynəlxalq mükafata layiq görüldü

Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Hindistanda keçirilən “CROWN WOOD INTERNATIONAL” Film Festivalında iştirak edərək “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülmüşdür. Olaylar.az bildirir ki, “Çölçü” filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunmuşdur.

Rejissor Şamil Əliyevin "Çölçü" bədii filmi Hindistanda keçirilən "CROWN WOOD INTERNATIONAL" Film Festivalında iştirak edərək "Ən yaxşı bədii film" və "Ən yaxşı rejissor" mükafatlarına layiq görülmüşdür.

Olaylar.az bildirir ki, "Çölçü" filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında 2012-ci ildə istehsal olunmuşdur.

Filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

"Çölçü" filmi 5 qitəni əhatə edən 44 Beynəlxalq Kino Festivalında və forumlarında iştirak etmiş, "Ən yaxşı bədii film", "Ən yaxşı rejissor işinə görə", "Ən yaxşı ssenari", "Ən yaxşı aktrisa" və s. bir çox mükafatlar qazanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31