İllər öncəki görüntülər ÜZƏ ÇIXDI: Röya hamamda Aygün Kazımovanı kisələyir - VİDEO
27 Fevral 2019 13:35 MədəniyyətXalq artisti Aygün Kazımova ilə böyük qalmaqallar yaşayan əməkdar artist Röya Ayxanın instaqramda "Qış nağılı"ndan yayılan görüntüləri marağa səbəb olub.
2002-ci ildə çəkilən və məşhur aparıcı Kamran Həsənlinin rəhbəri olduğu "Qış nağılı" layihəsi indiyədək çoxlarının yaddaşından silinməyib. Yeni il münasibəti ilə çəkilən komediya filmindəki aktyorların məharətlə ifa etdiyi yaddaqalan obrazları hələ də maraq doğurur. Belə ki, Xalq artisti Röya Ayxan ilə Aygün Kazımovanın sözügedən ekran işindən bəzi kadrları instaqram səhifələrində paylaşılıb.
Hamamda kisəçi rolunu ifa edən Röya Ayxanın Xalq artistini kisələdiyi səhnələri xüsusi diqqət çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31