Azərbaycanlı aktyor ikinci dəfə evləndi
25 Fevral 2019 15:24 MədəniyyətTanınmış aktyor-aparıcı Elvin Ağayev ikinci dəfə ailə həyatı qurub.
O, aktrisa Elvira Atakişiyeva ilə münasibətini rəsmiləşdirmək qərarına gəlib.
Toy iki gün əvvəl, yəni fevralın 23-də Bakıda baş tutub.
Qeyd edək ki, E .Ağayev ilk dəfə Nərgiz adlı xanımla 2011-ci ildə ailə həyatı qurub. Cütlük rəsmi olaraq 2017-ci ildə boşanıblar. Onların bu nikahdan iki qız övladı var.(qafqazinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31