Muğam Mərkəzində Xocalı soyqırımından bəhs edən tamaşa nümayiş olundu

Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşunda Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası nümayiş olunmuşdur. Olaylar.az bildirir ki, Mərkəzin səhnəsində nümayiş edilən səhnə əsəri Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunub. Əsərin müəllifi Elnurə Abdullayeva, quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru respublikanın əməkdar artisti Loğman Kərimovdur.

Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşunda Elnurə Abdullayevanın "Əsgər papağı" tamaşası nümayiş olunmuşdur.

Olaylar.az bildirir ki, Mərkəzin səhnəsində nümayiş edilən səhnə əsəri Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunub. Əsərin müəllifi Elnurə Abdullayeva, quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru respublikanın əməkdar artisti Loğman Kərimovdur.

Elnurə Abdullayevanın əsəri əsasında hazırlanan tamaşada erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir.

Tamaşada aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31