“Mənim bir obam vardı” adlı kompozisiya

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət evində 26 fevral – Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir baş tutub. Olaylar.az bildirir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşları, Qaradağ Rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Əli Hüseynov, Qızıldaş qəsəbəsi Bələdiyyə sədri İdris Alışanov, məktəb şagirdləri, qəsəbə sakinləri iştirak ediblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət evində 26 fevral - Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir baş tutub.

Olaylar.az bildirir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşları, Qaradağ Rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Əli Hüseynov, Qızıldaş qəsəbəsi Bələdiyyə sədri İdris Alışanov, məktəb şagirdləri, qəsəbə sakinləri iştirak ediblər.

İlk öncə mədəniyyət evinin rəsm dərnəyinin üzvlərinin Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Daha sonra 180 saylı tam orta məktəbin şagirdlərinin ifasında "Mənim bir obam vardı" adlı kompozisiya təqdim olunub.

Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31