Azərbaycan opera sənətçiləri Belqradda çıxış edəcəklər
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Serbiya Milli Operası arasında beynəlxalq mədəni əməkdaşlıq çərçivəsində Belqrad şəhərində fevralın 23-də “Bogema”, 27-də isə “Trubadur” operası nümayiş olunacaq.
25 Fevral 2019 09:56 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Serbiya Milli Operası arasında beynəlxalq mədəni əməkdaşlıq çərçivəsində Belqrad şəhərində fevralın 23-də "Bogema", 27-də isə "Trubadur" operası nümayiş olunacaq.
Olaylar.az bildirir ki, səhnə əsərlərində Əməkdar artist Afaq Abbasova çıxış edəcək. O müvafiq operalarda Mimi ("Bogema") və Leonora ("Trubadur") partiyalarını ifa edəcək. Hər iki tamaşanı isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.
Serbiyanın KİV-ləri sənətçilərimizin qastrolunu Belqradın mədəni həyatında önəmli hadisə kimi işıqlandırıb.
Martın 16-da isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində eyni proqram çərçivəsində C.Verdinin "Trubadur" operasında Serbiya Milli Operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yasmina Trumbetaş Leonora partiyasında çıxış edəcək.