Koreyalı alimlər Tarix Muzeyində

Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) beynəlxalq innovasiya əməkdaşlıq mərkəzinin nümayəndələri Eun Yo Kim, So Hyun Kvon, Hanbat Universitetinin professoru Yonq İn Çoi Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Olaylar.az bildirir ki, görüşdə koreyalı alimlərə bu müəssisənin fəaliyyəti, eksponatları haqqında ətraflı məlumat verilib.

Sonra qonaqlar muzeyin ekspozisiya zalları, məşhur xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi ilə yaxından tanış olublar.

Qeyd edək ki, STEPI İnstitutu və AMEA-nın Yüksək Texnologiyalar Parkının birgə əməkdaşlığı çərçivəsində "Azərbaycanda texnologiyaların transferi və kommersiyalaşdırılmasının təşviqi" adlı layihə reallaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31