Ata olan Müşviq hələ də oğlunu görməyib

Ötən həftə aktyor Müşviq Şahverdiyev ata olmuşdu. Sənətçi “X maqazin” verilişində oğlunu hələ də görmədiyini deyib.

Ötən həftə aktyor Müşviq Şahverdiyev ata olmuşdu. Sənətçi "X maqazin" verilişində oğlunu hələ də görmədiyini deyib.

"Həyat yoldaşım Ukraynada təhsil alır. Biz dekabr ayında imtahanlardan ötrü oraya getdik. Qayıdanda isə onun təyyarəyə minməsinə icazə vermədilər. O, ailəsinin yanında qaldı, mən isə tək qayıtmalı oldum. Anam ad günü idi, evə gələndən sonra xəbər gəldi ki, ata olmusan. Fikirəşirəm ki, onu qucağıma götürəndə hansı hissləri yaşayacağam" deyə, Müşviq söyləyib.

Qeyd edək ki, aktyor oğlunun adını Murad qoyub. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31